Азярбайъан милли елмляр академийасы



Yüklə 4,55 Mb.
səhifə30/50
tarix01.01.2022
ölçüsü4,55 Mb.
#103133
1   ...   26   27   28   29   30   31   32   33   ...   50
Kefer Naffah kəndi

Dəməşqdən (Şam) Fələstinə gedən yolun üstündə olan bu kənd Ebo Hanzir təpəsinin Batısında yerləşir. Kunaytranın 10 kilometrliyindədir. Kənd Roma dövrü yaşayış məskəninin xarabalıqları üzərində, vulkanik ərazidə salınıb. Doğudan əl Sindyane və Delve, Batıdan Ullayka və Alak, Güneyden Kadi­riye, Quzeydən isə Muğeyyir kəndilə sərhəddir. Kəndin ev­lərinin divarları qara daşdan tikilibmiş. Damları isə oymalı daşlardan kəmərvari örtülübmüş.

Türkmanlar kənddə 15-ci yüzildən yeni evlər tikməyə başlamışlar.

Kənddə yaşamış olan nəsillər aşağıdakılardır:



  1. Assaflılar nəsli.

  2. Kahya nəsli. Bu nəslin nümayəndələri Lazkiyə, Hu­mus, Hələb və İraqda yaşayırlar.

  3. Şukeyri nəsli. Fələstin Türkmanlarından olan Şukey­rat tayfasındandır.

  4. Aliçan nəsli.

  5. Zeydan nəsli.

  6. Matar nəsli.




  1. Muğeyyir kəndi

Bir adı da Tilistan olan Muğeyyir Kunaytranın Batısın­da, şəhərdən 14 kilometr aralıdadır. Kənddə Roma dövründən qalma çoxlu maddi-mədəniyyət abidələri var. Kənddə daş, kirəmit, sement və taxta kimi materiallardan evlər tikilmişdir.

Muğeyyir Quzeydən Qarahta, Doğudan Delve, Güneydən Kefer Naffah və Batıdan Hafar kəndlərilə sərhəddir.

Kənddə yaşamış nəsillər aşağıdakılardır:



  1. Dahir nəsli (şaxələnmiş böyük bir nəsildir).

  2. Akkaş nəsli.

  3. Masri nəsli.

  4. Bitar nəsli.

  5. Serhan nəsli.

  6. Kepki nəsli. Məmlüklər dövründə tanınmış olan Kepk tayfasındandır.

  7. Ali Mehmetali nəsli.

  8. Şıbrık nəsili. Xəzər dənizinin Güney Doğusundakı Şıbrıkan məntəqəsindən gəldikləri söylənən bu nəslin Şam və Hələbdə də qolları vardır.

  9. Kayırlı (Ğayırlı) nəsli.




  1. Hafar kəndi

Bu kənd Kunaytranın 20 kilometrliyində yerləşir. Colan təpələrinin Batı yamacında, Fələstindəki Huvle ovasına baxır. Kəndin ərazisindən daş üzərində yazılmış çoxlu Yunanca ki­tabələr tapılmışdır. Əhali əkinçilik və heyvandarlıqla məş­ğul olurmuş. Hafar Quzeydən Qarahta və Raviye, Güneydən Ul­lay­ka, Batıdan Hüseyniye və Doğudan Muğeyyir kəndləri ilə sərhəddir.

Hafar Colan Türkmanlarının ən böyük, əhalisi çox olan kəndi olmuşdur.

Kənddə yaşamış nəsillər aşağıdakılardır:



  1. Nasif nəsli.

  2. Sallan nəsli

  3. Şubat nəsli

  4. Halaf nəsli

  5. Akkaş nəsli

  6. Semiz nəsli

  7. Heno nəsli

  8. Hamotlı nəsli

  9. Asad nəsli

  10. Seyyadi nəsli

  11. Şidid nəsli

  12. İleyvi nəsli

  13. Qara Ali nəsli

  14. Cəlali nəsli





  1. Yüklə 4,55 Mb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin