Азярбайъан милли елмляр академийасы


Saat üç oldu, dava quruldu



Yüklə 0,52 Mb.
səhifə30/84
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#55087
1   ...   26   27   28   29   30   31   32   33   ...   84
Saat üç oldu, dava quruldu,

Axdı qanım daşlar üstə duruldu,

Əzəlbaşdan Allahyarım vuruldu,

Yoxdu mənim bir imdadım, ağlaram.
Aşıq İskəndərin söylədiyi qoşmanı Salman Mümtazın çap etdirdiyi ilə tutuşdurdum. Fərq olduqca az idi.

Kərim müəllim də, görünür, povest yazmaq fikrindən daşınmışdı. Mənə iki şagird dəftəri verdi. Bu dəftərlərin birində misrası, vəzni, qafiyəsi pozuq doqquz şer vardı. Yazılma tarixi göstərilməsə də, təxminən 1960-cı illərdən sonra qələmə alındığı aydın olurdu. Şerlər kimdən toplanıb, gəncliyində özü də şerlər qoşan Kərim müəllim özü hansı dəyişikliyi aparıb, yoxsa yazıb? – bu suallara cavab vermək çətindir.

İkinci dəftəri daha mötəbər qaynaq saymaq olar. Yazısından aydın görünür ki, hələ Azərbaycanda işlədilən kiril əlifbasında ə, ё, ö işlədilən vaxt – yə’ni 1959-cu ildən öncə qələmə alınıb. Dəftərin özündəki «1378-ci il» qeydini hicri tarixindən miladiyə çevirəndə 1957-ci ilə uyğun gəlir. Bu da dəftərin yazılma tarixinə düşür. Kərim müəllimə Qaçaq Yusif haqda bilgi verən isə Öysüzlü yüz yaşlı Bayram Əziz oğlu Hüseynov olub. Bayram kişi hadisələrin canlı şahidi imiş. Özü də Yusifgilin ailəsi ilə yaxın olduğundan bir çox məsələləri təfsilatı ilə bilirmiş.

Bayram kişinin söylədiyinə görə, Göllülü (10) Hacı Alı oğlu Məhəmmədin Omar, Osman və Usuf adlı üç oğlu olub. Usuf sonbeşikmiş. Özü də uşaqlıqdan bərk at minmək həvəskarı, atıb-vurmaq aşiqiymiş. Nişan almaqda, güllə ilə nişan vurmaqda yaşıdlarından seçilirmiş.

Aşıq İskəndərin söylədiyi «Qaçaq Usufun Kars səfəri» dastan-rəvayəti ilə Bayram Əziz oğlunun söylədikləri üst-üstə düşür: Usuf Təpəgöydən (11) Mirzə kişinin oğlu Musaynan dostuymuş. Usufun arvadının da Mirzə kişiyə bir az qohumluğu çatırmış. Bir gün Usuf Musagilə gəlir. Musa evdə olmur. Amma arvadı Mədinə onu hörmətlə qarşılayır. Evə dəvət edir. Qaynı İrvahamın da dalınca adam göndərir. İrvaham da gəlib Usufnan çay-çörək yeyir, söhbət edir, sonra da onu hörmətlə yola salır.

Axşam Musa gələndə Mədinə Usufun gəldiyini söyləyir. Bu iş Musanın xoşuna gəlmir. Arvadından şübhələnir. Atasını və qardaşlarını çağırıb məsləhətləşdikdən sonra Mədinəni bərk döyür. O vaxtdan Mədinənin gününü göy əskiyə bükürlər. Göz verirlər, işıq vermirlər. Mədinə görür bunlar sakitləşmək bilmir, Usufa xəbər göndərib başına gələnləri ona bildirir.

Usuf da atını minib gəlir Mirzə kişinin qapısına. Atdan düşmədən Mirzə kişini qapıya çağırtdırıb deyir:

– Ay Mirzə dayı, bu nə işdi siz eləyifsiniz? Adam da heç kəsdiyi duz-çörəyi ayaxlayarmı?! Dostluğu düşmənçiliyə çevirərmi?! Gəlinin təmiz adını ləkələyərmi?!

Mirzə kişi Usufa ağır cavab qaytarır. Mədinə də son vaxtlar başına gətirilənləri Usufa deyir. Bundan qəzəblənən Usuf elə Mirzənin yanındaca Mədinəni alıb qoyur atın tərkinə. Atı da sürür Bavrada (12) bığlı Osebgilə. Mirzə kişi Amasiya pristavı Paşalova şikayət edir. Pristav Göllüyə gəlib kəndin arvadlarını bir yerə topluyur. Bir-bir üzdərini açıb baxırlarmış görsünnər Mədinə hansıdı. Usufun atası pristava hirslənir, onu ölümnən hədəliyir. Deyir: «Naməhrəm kişinin arvadlarımızın üzünə baxmağa haqqı yoxdu. Usuf Mədinəni Bavraya bığlı Osebgilə aparıb. Bacarırsan get tut».

Bundan sonra Paşalov (13) geri qayıdır.

Mirzə kişi Yusiflə açıq döyüşdə qisas ala bilməyəcəyini görüb kələyə əl atır. Pristava rüşvət verib Omarı Amasiyaya gətirdir. Atası Məhəmməd Omara ehtiyatlı olmağı tapşıranda o: «Əşi, Kosa Mirzədənmi qorxacam?» – deyir.

Omarı Amasiyada şər qarışanədək yubadırlar. Geri dönəndə Alı koxa Omara deyir: «Eşitmişəm Mirzə səni öldürtmək istəyir. Gəl Düzkənd (14) yolu ilə gedək.» Onun bu təklifinə Omar razı olmur. Kəsə yolla – Təpəköy yolu ilə gəlir. Yolda Omar tanışı Şərifə rast gəlir. Onu atının tərkinə alır. Şərif də ona ehtiyatlı olmağı məsləhət görəndə Omar hirslənir, deyir: «Qorxursan düş piyada get!» Şərif də atdan düşüb piyada gedir. Omar Təpəköyə çatmamış bir təpənin yanında pusquya düşür. Mirzə kişi Amasiyada xəncər, qılınc düzəldib satan üç ləzgini də pulnan ələ alıbmış. Üç ləzgi, bir də Mirzənin uşaqları İbrahim, Osman, Musa Omarı öldürmək istəyirlər. Omar qamçı ilə İbrahimi üzündən yaralasa da, onu öldürürlər. Omarın atı Göllüyə gəlib çıxır. Məhəmməd kişi Omarın ölüm xəbərini Yusifə göndərir. Omarın dilindən deyilmiş beş bəndli şerin birinci bəndinin bir, ikinci bəndinin üç misrası qalıb. Nisbətən bütöv qalmış bəndlər aşağıdakılardır:



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin