Азярбайъан милли елмляр академийасы


Həsən (15) əminin dedikləri



Yüklə 0,52 Mb.
səhifə21/84
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#55087
1   ...   17   18   19   20   21   22   23   24   ...   84
Həsən (15) əminin dedikləri:

– Haqqında çox eşitmişəm. İgid, namuslu bir insanmış. Haqqında çoxlu mahnı oxuyurdular. Heyif ki, yadımda qalmayıb. Eşitdiyimə görə, ata-baba nəsli Kürmahmudlu tayfasındanmış. Haqsızlığa dözməyən, igid bir tayfa olub Kürmahmudlular. Ona görədə tez-tez yer dəyişməli olurmuşlar. Telli Qaranın nə üçün qaçaq düşdüyünü bilmirəm. Amma, ağsaqqallardan eşitdiyimə görə, Nəbi ilə bir yerdə döyüşən Baş Anzırlı (16) Şahhüseyngillə əmiuşağı olub. Şahhüseyngil qlava* Kərbəlayı Heydərin qardaşı Kərbəlayı Səftəri öldürəndən sonra qaçıb Telli Qaraya qoşulublar. Bir də onu söyləyirdilər ki, Nəbi dəstə ilə İrana keçəndə bərkə düşəndə Həcəri Telli Qaranın yanında qoyarmış. Telli Qaranın arvadı da qaçaq imiş. Yenə Nəbi çar məmurlarının diqqətini yayındırmaq üçün İrana keçibmiş. Telli Qara, arvadı Xanım, Həcər və bir neçə qaçaq bu tayda daldalanıblarmış.

Telli Qaragil dinclərini almaq, bir az da azuqə götürmək üçün Baş Anzır kəndinə gəlirlər. Çuğul bunu hökumətə xəbər verir. Kazaklar, yasovullar** kəndi mühasirəyə alanda qaçaqlar Çətəndaşa çəkilirlər. Çətəndaş çox bərk yerdi. Oradan baxanda hər tərəf ovuc içi kimi görünür. Belə gözəl təbii səngərin olmasına baxmayaraq, qüvvə üstünlüyü öz işini görür. Telli ---------------------------

* Qlava (rus) – bələdiyyə rəisi

** Polis vəzifəsini yerinə yetirən məmur. Kazak ordusunda yüzbaşıya uyğun gələn zabit rütbəsi.
Qara bu döyüşdə şir kimi vuruşur. Qadınları mühasirədən çıxarsa da, özü qəhrəmanlıqla həlak olur. Deyirlər, Qaranın ölümündən təsirlənən Həcər Nəbiyə belə bir sifariş göndərir:


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin