Азярбайъан милли елмляр академийасы



Yüklə 0,52 Mb.
səhifə25/84
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#55087
1   ...   21   22   23   24   25   26   27   28   ...   84
Məmmədxanın söylədikləri:

– Telli Qaranın atası Piriş Baş Anzırda doğulub. 4 qardaş olublar. Qardaşlarından Mirzə Hüseynin də beş oğlu olub. Adları belədi: Şahhüseyn, Ağahüseyn, Məmmədhüseyn, Şirin və Fərhad. Şahhüseyn və qardaşları uzun illər Nəbi ilə birlikdə qaçaqlıq etmişlər. Tayfamıza Həsənalı tayfası deyirlər. Deyilənə görə, nə səbəbdənsə dədələrimiz Dərələyəzdən köçüb Asəbülkəhf (22) yanında bina qurublar. Ordan da Baş Anzıra köçüblər. Piriş qardaşlarından ayrılıb Tiviyə gəlib. Sultan bəyin qızı Nazxanımı aldıqdan sonra ömrünün sonunadək bu kənddə yaşayıb. Pirişin Nazxanımdan Misirxan, Sədirxan, Məmmədxan, Zeynalabdin, Vəliş adlı 5 oğlu olub. Məmmədxan mənim babamın əmisidir ki, o adı da indi mən daşıyıram. Qara adını isə kiçik qardaşım daşıyır. Erməni cəlladı Andranik (23) 1918-ci ilin yayında danışıq adı ilə 18 nəfərlə birlikdə babam Məmmədxanı da bir evə yığıb, oraya od vurub, hamısını yandırıb.

Piriş kişi böyük oğluna cavan ikən ölmüş qardaşı Misirxanın adını qoysa da, ailədə hamı uşağı əzizləyərək, qarayanız olduğuna görə Qara deyə çağırırmış. Bu qarayanız uşağın əsl adı Misirxan unudularaq Qara kimi tanınır.

Telli Qara igid, cüssəli, söz götürməyən, haqsızlığa dözməyən bir oğlan imiş. Öz kəndlisi Pirməmmədin qızı Xanım ilə evlənibmiş. Bir gün həmkəndlisi Ələsgərlə dalaşır, Qara Ələsgəri döyür. Ələsgər də ondan qisas almaq üçün hökumət məmurlarına çuğullayır ki, guya iki il əvvəl üç erməni tacirini öldürüb malını aparan Telli Qara olub. Pristav Tiviyə (24) gəlib Qaranı həbs edir, qollarını arxadan örkənlə* bağladır. Yasovul Adıgözəl Cəfəroğluya da göstəriş verir ki, Telli Qaranı Bist (25) kəndindəki müvəqqəti həbs evinə aparsın.

Axşamın qaranlığından istifadə edən Qara yasavulun qabağından qaçır.

Kəlbə Məhəmməd xatırlayırdı ki, bir payız günü sübh tezdən tövlənin peyinini təmizləyib çölə tökürdüm. Gördüm alçalıqda bir şirvanı çarıq izi var. Bunu atam Əlabbasa xəbər verəndə dedi:

– Yəqin ki, Telli Qara qaçıb.

Səhər öyrəndim ki, həqiqətən də, Telli Qara gecə evlərinə gedib, ailə üzvləri ilə görüşüb və qardaşı Sədirxanı, arvadı Xanımı götürüb o dövrün məşhur qaçaqlarından olan Kələntərdizəli (26) Ələkbərin dəstəsinə qoşulub. Sonra o biri qardaşları da hökumət məmurlarının təhqir və təqibinə dözməyərək qaçıb Telli Qaraya qoşulurlar. Bir ara azalı (27) Saro da onlarla birlikdə qaçaqlıq edib.

Pristav dəfələrlə Tiviyə gəlib Piriş babanı və Nazxanım nənəni döyür ki, Qaranı tutub təhvil versinlər. Qara da dəfələrlə onu nahaq böhtana salmış Ələsgəri öldürməyə cəhd göstərsə də, baş tutmur. Çünki Ələsgər Qaranın ondan intiqam alacağından qorxaraq evdə-eşikdə yatmır, gündə bir yer dəyişirmiş.

Xanım nənə Nəbinin qaçaq dəstəsinə qəbul edildiyini yaxşı xatırlayıb deyirdi: – Nəbi hamıdan çox Qaraya inanır, onun xatirini istəyirdi. Bu da səbəbsiz deyildi. Qara ilqara düz, dosta

sədaqətli, namuslu bir adam idi. Nəbigil yenə İrana keçmiş- ------------------------

* Keçi qəzilindən əl ennilikdə uzun toxunan məişət avadanlığı. Heyvanlara yük vurarkən örkənlə bağlamağa üstünlük verilir. Çünki örkən kəndirə, çatıya nisbətən enli olduğundan heyvanın dərisini sürtüb yara etməz.

dilər. Qara, Həcər, mən və bir neçə nəfər bu tayda qalmışdıq. Bir dəfə Şahbulaqdan (28) keçəndə Həcər qışqırıb atını onunla yanaşı sürən qaçağı təhqir etdi. Hədələməyə başladı. Telli Qara qaçaq yoldaşının Həcərə xəbis baxdığından xəbər tutan kimi tüfənglə onu vurdu.

Telli Qara haqqında qoşulmuş şer parçalarını xatırlatdıqda Məmmədxan dedi:

– O, şerləri el şairləri qoşublar. Bəlkə onun çoxunu Qaranın heç özü də eşitməyib. Xanım nənə də deyirdi: Telli Qaraya o qədər söz qoşulmuşdu ki, Nəbidən də çox. Heyif, Qara tez öldü. Sonra Nəbi məşhurlaşdığından Telli Qara yaddan çıxdı.

«Telli Qara Saqqarsuda durubdu» misrası ilə başlayan şerin yaranma tarixi haqqında Məmmədxan belə bir rəvayət söylədi: – Bir gün pristav Mirzəmehdi xana xəbər verirlər ki, Telli Qara dəstəsi ilə Saqqarsu yaylağındadır. Pristav qoşun toplayır. Qaçaqlara qarşı mübarizə aparan dəstəyə yerli bəylər də səfərbərliyə alınır. Tivili qlava Məşədi Şahvələdin bələdçiliyi ilə qoşun gedib Şahbulaqda düşərgə salır. Hazırlıq görülür ki, qaçaqları mühasirəyə alıb tutsunlar. Telli Qara da üstlərinə qoşun gəldiyindən xəbər tutub, dəstəni möhkəm yerdə daldalayıb özü vəziyyətdən xəbər tutmaq üçün dərə ilə gizlənə-gizlənə Şahbulağa tərəf gəlir. Görür ki, onlara qarşı gələn

dəstənin başçısı Balyov gah bu, gah da o xörək qazanının arxasında yataraq sağa-sola atəş aça-aça məşq edir. Yerini möhkəmlədib diqqətlə onu nişan alır, birinci gülləyə onu vurur. Sonra da ocağı atəşə tutur. İstirahət edənlər qaçaqların onları mühasirəyə aldığını güman edib qaçmağa üz qoyurlar”.

Xanım nənə deyirdi ki, o vaxt Naxçıvandakı dustaq evinin altıncı kamerasından Nəbini qaçıran da Telli Qara olmuşdu.

Hətta Nəbinin Telli Qaraya belə bir sifariş də göndərdiyini söyləyirdi:


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin