Азярбайъан милли елмляр академийасы


Bir vaxt gördülər ki, Telli yox oldu



Yüklə 0,52 Mb.
səhifə20/84
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#55091
1   ...   16   17   18   19   20   21   22   23   ...   84
Bir vaxt gördülər ki, Telli yox oldu,

Dəstəsi artıban mindən çox oldu.
Tellini qoyun getsin kəndinə,

Aynalı tüfəngin salsın çiyninə,

Xanımın əlini alsın əlinə...
Zəhmi ağır, özü fağır Tellimiz...
Sübh azanı hər kəs durar namaza,

Bir cüt igid qərq olubdur Araza.
Görünür, son misralar Telli Qaranın qardaşı Sədirxanın və əmioğlanları Məmmədhüseynin, Şirinin, Fərhadın Yaycı (13) kəndi yaxınlığında pəl* ilə Güney Azərbaycana keçərkən Arazda qərq olmalarına qoşulmuş şerini bizə gəlib çatmış misralarıdır.
* * *
Culfa rayonunun Saltax (14) kəndində də Telli Qaranın Nəbi və başqa döyüş dostları ilə buraya gəlməsi haqqında maraqlı rəvayətlər danışır, şer parçaları söyləyirlər. Ələkbər müəllimin topladığı bu rəvayətlərdən biri belədir:

«Cavan ikən bir yetimlə dul qalmış Saltaxlı Laçın xanım təsərrüfatı idarə etmək üçün çobanları Hüseynə ərə getmək məcburiyyətində qalır. Hüseyn isə bir neçə ildən sonra keçmişini unudub özünü başqa cür aparır. Bir dəfə də Nəbi və Telli Qara Saltaxa gəlir. Laçın onları çox yaxşı qarşılayır. Onlar da Laçının ağlına və bacarığına heyran qalıb Hüseyni öldürməkdən, var-yoxunu aparmaqdan əl çəkirlər. Hətta Laçına oğlunun toyuna gələcəklərini vəd edirlər. Vədlərinə sadiq qalıb Saltaxa toya da gəlirlər. Bundan xəbər tutan hökumət adamları Nəbini tutmaq

------------------------

* Çayı keçmək üçün vasitə.

istəyir. Atışma olur. Nəbiyə atılan güllənin qarşısını Laçın öz bədəni ilə kəsir. Toy yasa dönür».

Xanağa kəndində də yaşlılar, cavanlar Telli Qaradan həvəslə söhbət açdılar. El qəhrəmanının döyüşdə həlak olduğu yeri göstərdilər.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin