Dur sallan dağlardan kürdün maralı. 1950-60-cı illərdə Azərbaycan xalq mahnılarının üzərində redaktə işi aparılmasından, bu mahnıların zəmanəyə uyğunlaşdırılmasından xəbərdaram. İlkin mətn əldə olmasa da, Cahangir Cahangirovun musiqi tərtibatı verdiyi mahnını mətni aşağıdakı şəkilə salınmışdı:
Kürd qızı oturub toxuyur xalı,
Dillərdə əzbərdir hüsnü camalı,
Onu sevən neynər dünyada malı, Nəqərat
Söhbəti şirindi, sözü məzəli,
Sözü məzəli, kürdün gözəli, kürdün gözəli. Kürd qızı oturub telini bəzər,
Nişanlı qızlarla dolanıb gəzər,
Xumar baxışları canları üzər.
Nəqərat
Kürd qızı batıbdır şala-qumaşa,