Dördüncü rəvayət: Bunu da 1903-cü ildə Sisian (17) uyezdinin** Şükar kəndində doğulmuş, daşnakların (18) Zəngəzurda (19) nahaq qanlar axıtdığı dövrdə – 1918-1920-ci illərdə qaçıb Şahbuz rayonunun Aşağı Remeşin kəndinə gəlmiş Tahir Allahyar oğlu danışdı.
– Ay oğul, uşağın yaddaşı iti olar. Uşaqlıxda eşitmişəm bunnarı. Bir çoxu da yadımdan çıxıb.
Elə ki, Mirzalı gecə Kolanıya çatır, kəndə girməyə ehtiyat
-----------------------
* Pristav (rus) – məhəlli polis məmuru.
*Uyezd(rus)–qəza
edir. Kəndin üst tərəfində bir dəyirman varıymış, girir dəyir-mana. Hava soyuq olduğundan, su donduğundan dəyirmanı gecələr işlətmirlərmiş. Mirzalı dəyirmanın pərdilərindən söküb çelvarda (təndirin yarısı qədər olan ocaq – Ə.Ş.) ocaq qalayır. Undan xəmir yoğurub özünə kömbə* bişirir.
Səhər dəyirmana adam gələcəyindən ehtiyatlanıb, Hindizan məhləsinin yuxarısındakı Sarı yoldakı mağarada daldalanır. Kimi deyirdi dəyirmançı gecə ocaq qalanıb kömbə bişirildiyindən duyub ki, Mirzalı gəlib. Kimi də deyirdi ki, sübh tezdən su gətirməyə gedən bir gəlin Mirzalını görüb qorxub. Qorxusundan hay-haray salıb.
Kənddə olan, Mirzalının gəlişini səbirsizliklə gözləyən Əşrəf yüzbaşının dəstəsi onu mühasirəyə alır. Mirzalı yerinin o qədər də münasib olmadığını görüb, İsmayılın evinə qaçıb (Kolanıda kəndin sakinləri həmin evin təxmini yerini bizə göstərdilər. İndi həmin yerdə Bayram Nəcəfov yaraşıqlı ev tikib, bağ salıb – Ə.Ş.) girir. Tək olmasına baxmayaraq, bir nəfəri də qoymur evin həndəvərinə gəlsin. Əşrəf yüzbaşı Quş Mirzalını döyüşdə məğlub edə bilməyəcəyini, gecə düşən kimi qaranlıqdan istifadə edib mühasirədən çıxıb qaçacağını görüb hiyləyə əl atır. Mirzalının qardaşı Ağanı al dilə çəkir. Ağa da evə girib Mirzalının qollarını bağlayır. Lakin namərdlər verdikləri vədə əməl etmillər. Qolubağlı igidi, görda** və xəncərlə doğrayırlar.
O ki, qaldı Molla Cəfəri vurması. Onu da qəsdən vurmayıb. Şerdə də deyib:
Dostları ilə paylaş: |