Bənümmə*** günündə çıxdım səfərə,
İşdiyim şərbətlər döndü zəhərə,
Nahaq gülləm dəydi Molla Cəfərə
Oxuduğu qara yazı ağ oldu.
Mirzalı ölüm ayağında çox şer deyib. Huşumda ilişib qalan bu azacıqdı:
----------------------
* Ocaqda, xəmrəsiz (mayasız) bişirilmiş çörək növü.
** Görda - birağızlı əyri qılınc, yatağan.
*** Cümə axşamı.
Əşrəf ağa çapar saldı hər yana,
Kazak* düzdü, məni qatdı meydana,
Doğradılar, batdım qızılı qana,
Haray, bizim ağır ellilər, haray!
Ağa qardaş qollarımı bağladı,
Mirzə Nəsir dəsmal çəkdi ağladı,
Kəlməm deyilməmiş Şəfi məni doğradı,
Haray, bizim ağır ellilər, haray!
Müəllifdən: Rəvayətlər, söhbətlər ziddiyyətli və bir az da əfsanəvidir. Bu da təbiidir. 19-cu yüzildə qaçaqlıq etmiş el qəhrəmanı haqqında xalq məhəbbətlə rəvayətlər yaratmış, şerlər qoşmuşdur. Yaradılmış rəvayətlər və şerləґ pərakəndə halda bizim günlərə gəlib çıxmışdır. Şerləri kim qoşmuşdu, dastanı kim yaratmaq istəmişdi? Suallarımız cavabsız qaldı.. Naxçıvanı, İrəvanı bürümüş, xalq arasında «böyük aclıq ili» kimi məşhurlaşmış ili də müəyyənləşdirə bilmədik.
Dostları ilə paylaş: |