Азярбайъан милли елмляр академийасы


Telli Qara Çətəndaşda vuruldu



Yüklə 0,52 Mb.
səhifə22/84
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#55091
1   ...   18   19   20   21   22   23   24   25   ...   84
Telli Qara Çətəndaşda vuruldu,

Qanı axıb çalalarda duruldu,

El-obada yas məclisi quruldu,

Özünü tez yetir haraya, Nəbi!

Düşmən bizi alıb araya, Nəbi!
Eşitdiyimə görə, hökumət adamları Telli Qaranın meyidini Naxçıvana aparmaq istəyirmişlər. Yolda camaat qoymayıb ki, hökumət adamları meyidi aparsın. Gətirib kamal-ədəblə Göynük (17) kənd qəbristanlığında dəfn ediblər...

Şerin son beytindəki azacıq dəyişiklik və söylənilən rəvayət bizə daha inandırıcı göründü.



Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Yusif Səfərovun isə Culfa rayonundan topladığı bir rəvayətdə deyilir ki, Telli Qara kiçik bir qaçaq dəstəsinin başçısı imiş. Nəbini də qardaşı Mehdi və qaynı ilə birlikdə İlanlıdağ ətrafında qaçaq dəstəsinə o, qəbul edib.

Bu fikri Culfa və Ordubad rayonlarının ağsaqqal-ağbirçəkləri tez-tez təkrar edirlər.


* * *

Şahbuz rayonunda da Telli Qara haqqında rəvayətlər yaşayır. Külüs kəndində bir yay axşamı ağsaqqallardan Telli Qaranı xəbər aldıq. Divarın dibində əyləşib sakit-sakit söhbət edən qocalar, elə bil, birdən-birə canlandılar. Bir-birinin sözünü kəsərək mübahisəyə başladılar. Hər biri öz dediyini

doğru olduğunu sübuta yetirməyə çalışırdı. İllər öz işini görmüş, qocaların yaddaşları zəifləmişdi. Diqqətlə qulaq asanda hiss edirdin ki, ağsaqqalların hər biri el qəhrəmanının həyatından bir parçanı söyləyir, haqqında qoşulmuş şerləri xatırlamağa çalışır. Külüslü qocalar yalnız aşağıdakı şer parçalarını xatırlaya bildilər:


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin