Азярбайъан милли елмляр академийасы


Qara bəydi atlıların baqqalı



Yüklə 0,52 Mb.
səhifə24/84
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#55091
1   ...   20   21   22   23   24   25   26   27   ...   84
Qara bəydi atlıların baqqalı,

Öldürəndə hökumətdən haqq alı...
Və yaxud:
Atlılar yığılıb nizam quruldu,

Hamı dedi: onu vurdu Qara bəy!
Qara bəyin şəxsiyyəti, vəzifəsi ilə maraqlandıqda ağsaqqallar dedilər: «Ay oğul, eşitdiyimizə görə, o da qoldan güclü, gözdən iti, qoçaq adam olub. Bəyliyi-zadı yox imiş. Hökumət qaçaqların öhdəsindən gələ bilmirmiş. Çünki “qaçağı el dolandırır”, deyiblər. Ona görə də hökumət məmurları yerli camaatın bəzilərini müxtəlif vədlərlə aldadaraq qaçaqlara qarşı qaldırırdılar. Qaraya da başına bir neçə nəfər toplayıb, qaçaqları güdüb hökumətə xəbər verdiyinə, onlarla vuruşduğuna görə bəylik veribmişlər.»

Maraqlıdır. Yaddaşlarda iki Qara yaşayır; biri elin igid oğlu, məzlumların, haqqın, ədalətin tərəfdarı Qara, o biri qoçaq olsa da, --------------------------

* Uryadnik (rusca) – bölgədə ən kiçik polis məmuru.

hökumətə xidmət etməsi ilə elin nəzərindən düşmüş Qara. El-oba isə nə yaxşını unudub, nə də pisi.

Telli Qaranın sorağı ilə Ordubad rayonunun Tivi kəndinə yollandıq. Kimi dindirdiksə, hamı bir ağızdan dedi: «Yaxşısın Məmmədxan bilir.» (21)

Məmmədxanın 55-60 yaşı ancaq olar. Gözəl hafizəsi, həsəd aparılacaq yaddaşı, bir də hərdən şer demək qabiliyyəti var. Telli Qara ilə maraqlandığımızı bildikdə isə çox məmnuniyyətlə ata-babasından, xüsusən Telli Qaranın arvadı Xanımdan eşitdiklərini təfsilatı ilə söylədi. Xanım 100 ilə yaxın ömür sürüb. 20 ildən çox qaçaqlıq edib. 1955-ci il aprelin 16-da Tividə vəfat edib.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin