DEMƏYİN MEYDANNAN QAŞDI
MİRZALI
Axtarış: On ilə yaxındı Mirzalı haqqında eşidirəm. Eşitdiklərim məni yeni adamlarla görüşməyə, Mirzalı haqqında daha çox məlumat toplamağa sövq edir. Şahbuz (1) rayonunda* az-az məclis olar orada Mirzalıdan söhbət getməsin. Həmişə də qocalar yaddaşlarından gileylənər, bəzən də ötən zəmanəni yamanlayarlar. Axı çarizmə,** xan-bəy üsul-idarəsinə qarşı vuruşan bir adam haqqında o vaxt danışmaq çox çətin idi.
Mirzalı haqqında söyləmlər yalnız yaddaşlarda yaşamışdır. Qocalar, qarılar bu dünyadan köçdükdə özləri ilə bərabər bildiklərinin bir çoxunu da aparmışlar. Bizim günlərə qədər gəlib çatan az-çox rəvayətlər isə bugünkü qocaların ata-babalarından eşitdikləridir. Belə qocaların, qarıların neçəsi ilə görüşüm? Onuiləmi, iyirmisiləmi bilmirəm. Əksəriyyəti də eyni rəvayəti, hadisəni müxtəlif çalarda, müxtəlif variantda xatırlayır. Odur ki, eşitdiyim rəvayətləri qruplaşdırmağa çalışdım.
Mirzalının yaxın qohumlarından olan Qara kişi Kolanı kəndində*** doğulsa da, 40 ildən artıqdır Naxçıvan (2) şəhərində yaşayır. Yaşı 80-i keçib.
Dostları ilə paylaş: |