Азярбайъан милли елмляр академийасы


Birinci rəvayət – xatirə və ya Qara kişinin dedikləri



Yüklə 0,52 Mb.
səhifə5/84
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#55091
1   2   3   4   5   6   7   8   9   ...   84
Birinci rəvayət – xatirə və ya Qara kişinin dedikləri:

Kolanı (3) kəndi 3 tayfadı: qazaxlı, kolanı, gülümlü. Mirzalı qazaxlı tayfasındandır. Atamın dayısıdır. Mirzalıya qoşulmuş şerdə adı çəkilən Nənəş mənim doğmaca nənəmdir. Onu yaxşı xatırlayıram. Birinci erməni-müsəlman davasında sağıymış. İkinci erməni-müsəlman davasında ölmüşdü. Deyirlər, öləndə 150 yaşı varmış. Qardaşı haqqında yana-yana, kövrələ-kövrələ danışırdı.

«Böyük aclıq ili» camaat bərk aclıq çəkirmiş. Keşiş**** də Gömür (4) kilsəsinə çoxlu taxıl yığıbmış. Ətraf kəndlərin erməni və müsəlmanları keşişdən borc istəyirmiş, o da vermirmiş. Gözdüyürmüş qiymətlər qalxsın, baha qiymətə satsın

-------------------

* İlçə, bəxş.

** Tezarlıq.

*** Köy

**** Papaz.

Belədə Mirzalı bir neçə yoldaşı ilə kilsəyə hücum edir, keşişi dirəyə sarıyır, taxılı camaata paylayır. Buna görə də qaçaq düşür...

Mirzalının tutulmasına isə Molla Cəfər səbəb olur. Molla Cəfər bir cadu yazır. Onun təsirindən Qarabağda qaçaqlıq edən Mirzalı oradan bir günə Kolanıya gəlir. Tozanaq qar yağdığından izindən Mirzalının kəndə gəldiyindən xəbər tuturlar. Hökumət adamları onu tutmaq üçün kəndə gəlirlər. Atışma olur. Mirzalının atdığı güllə Molla Cəfərə dəyir, onu öldürür.

Deyirlər qubernat* da Mirzalının qoçaqlığından çox eşidibmiş. Ona görə İrəvandan (5) Əşrəf ağa və başqalarını Naxçıvana göndəribmiş. Tapşırıbbış Mirzalını vurmağa qoymasınnar, onu diri tutsunnar. Mirzalının gizləndiyi evə heç kim yaxın düşə bilmir. Qardaşı Ağanı dilə tutur, yarızor, yarıxoş Mirzalının yanına göndərirlər. Onunla danışıb, qollarını bağlayıb bayıra çıxarmağı tapşırırlar. Ağa deyilənlərə inanıb içəri girir. Qardaşının qollarını bağlayıb bayıra çıxaranda Molla Cəfərin qohumları Şəmi və Şəmşimalı xəncərlə onu doğruyur.

Müəllifdən: Yaşlı nəslin yaddaşında 19061907-ci illər birinci erməni-müsəlman davası kimi, 1918-20-ci illər isə ikinci erməni-müsəlman davası kimi qalıb. Buradan belə qənaətə gəlmək olar: Nənəş 1907-1917-ci illər arasında ölüb. Onun 150 yaşında ölməsini isə dəqiq fakt kimi qəbul etmək olmaz. Adətən yaşı yüzü keçən adamlardan söz düşəndə həmişə rəqəmin şişirdilməsinin şahidi oluruq. Nənəşin 150 yaşında öldüyü ilə razılaşsaq, onda doğum tarixi 1757-67-cı illər arasına düşür. Qoy Mirzalı da bacısından 10-15 yaş kiçik olsun. Lap 30-40 yaşlarında da qaçaqlıq etsin. Bu da 1822-ci ili keçmir. Rusiya isə İrəvan və Naxçıvan xanlığını 1828-də işğal edib. Mirzalı ilə bağlı söhbətlərdə adı çəkilən vəzifələr Rusiyanın Qafqazı işğalından sonra yaranıb. Bunlardan belə qənaətə gəlmək olar: Mirzalı 1820-30-cu illərdən öncə deyil, sonra qaçaqlıq edib.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin