Mən dönürəm, könül dönmür, ay molla. Aşıq İsgəndər Ağbabalı Amasiya rayonunun Ellər kəndinin sakini Daşdan Daşdanovun (İkinci Dünya savaşında – 1944-cü ildə mayor rütbəsində həlak olmuşdu – Ə.Ş.) 1933-35-ci ildə tərtib etdiyi bir şer dəftərini tanış olmaq üçün mənə göndərmişdi. Latın əlifbası ilə yazılmış bu dəftərdə aşıqların və şairlərin 50-60 şeri vardı. Heydər təxəllüsü ilə təqdim olunmuş iki gəraylı da vardı. Onlardan biri: