Yuxarı Qışlaqlı Abbasəli Abdullayev (6) Quş Mirzalı ilə bağlı rəvayətlərlə yanaşı, şerləri də yaxşı xatırlayır. Bu şerlərin biri Quş Mirzalının dilindən sevgilisinə müraciətlə söylənən gəraylıdır. Gəraylının bəzi misralarında vəzn və qafiyə pozuqluğu var. Gəraylıda deyilir:
Cavan ömrüm bada getdi,
Cəllad çəksə dara məni. İstər Abbasəli əmi, istərsə də Qışlaq, Kolanı, Biçənək, Remeşin (7) və başqa kəndlərdə Quş Mirzalını xatırlayan qocaların və qarıların əksəriyyəti onun ölümü ilə bağlı pərakəndə bir qoşmanı tez-tez xatırlayır. Qoşmanın belə geniş yayılmasının və yadda qalmasının səbəbi, bizcə, süjetli olması və orda bir çox şəxs adlarının çəkilməsidir. Qoşmada deyilir: