Əli Şamil.
Dastanlaşmış ömürlər.
Bakı, “Səda“ nəşriyyatı, 2001.
Nəşriyyat direktoru: T.Quliyev
Kompüterdə yığdı: Vəfa Saleh
Ruhəngiz Əfəndiyeva
Samirə Əlihüseynova
Korrektor: Vüsalə
Kompüter tərtibçisi və
texniki redaktoru: Baxşəli Süleymanovəli
Kağız formatı: 84/1108 32/1
Mətbəə kağızı: №1
Həcmi: 96 səh.
Tiracı: 500
Qiyməti müqavilə ilə
Kitab Dədə Qorqud adına “Folklor“ EMM-in
kompüter mərkəzində yığılmış,
“Nurlan“ NPM-də ofset üsulu ilə çap edilmişdir.
ƏLİ ŞAMİL HÜSEYN OĞLU
(ŞAMİLOV)
1948-ci ildə Göyçə mahalının İnəkdağ kəndində (indiki Ermənistan Respublikası) doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, təyinatla Naxçıvandakı “Şərq qapısı“ qəzetində işləməyə göndərilib. Çalışdığı qəzetdə “Elimizin söz boxçası“ səhifəsini açıb, orada folklor materialları verib. Qəzetlərdə, Azərbaycan və Naxçıvan Televiziya və Radiosunda xalq yaradıcılığı ilə bağlı verlişlər hazırlayıb.
1993-cü ildən Azərbaycan Ensiklopediyasında qrup rəhbəri, 1998-ci ildən Azərbaycan MEA Folklor Elmi-Mədəni mərkəzində işləyir. Folklora dair elmi məqalələri Azərbaycanda, İranda, Türkiyədə, Türkmənistanda, İsveçdə və başqa ölkələrdə çap olunub.
Dostları ilə paylaş: |