Азярбайъан милли елмляр академийасы


Mirzalının qaçaqlıq etdiyi vaxtı dəqiqləşdirmək istədikdə Zal Rüstəm oğlu dedi



Yüklə 461,5 Kb.
səhifə11/83
tarix10.01.2022
ölçüsü461,5 Kb.
#108609
1   ...   7   8   9   10   11   12   13   14   ...   83
Mirzalının qaçaqlıq etdiyi vaxtı dəqiqləşdirmək istədikdə Zal Rüstəm oğlu dedi:

– Nəbinin (15) qaçaqlıq elədiyi yuxu kimi yadıma gəlir. Nəbi yoldaşlarıynan bizim evə gəlmişdi. Xurcunlarına çörək, yemək yığıb getdilər. Amma Quş Mirzalının qaçaqlığı mənim yaşımnan qabaq olub. Onun haqqında böyüklər danışanda eşitmişəm. Mirzalıdan, onun qoçaqlığından söz düşəndə bir də onu deyirdilər: O zaman pristav* Qarababada (16) otururmuş. Mirzalıya bir məktub verib İrəvana aparmasını tapşırır. Səhəri gün axşam pristav Mirzalını görəndə hirslənir. Ondan nə üçün tapşırığını yerinə yetirmədiyini soruşur.

Mirzalı deyir:

– Dünən tezdən məktubu vermişdiniz, mən də tənbəlliyimdən Kolanıya qayıtmayıb elə ordan İrəvana getdim. Bu gün də qayıdıb gəlmişəm.

Pristav hirslənərək deyir:

– Bəs nə üçün cavabı gətirməmisən?

Mirzalı deyir:

– Sizin dediyiniz vaxta hələ iki gün var. Vədənin tamam olmasını gözləyirdim ki, gəlib Sizə xəbər verim.

Pristav gülərək Mirzalının qoçaqlığına heyran qalır və təşəkkürünü bildirir.

Deyillər bu hadisədən bir xeyli sonra yolda poştu soyullar. Nə qədər axtarıllarsa, poştu soyanı tapa bilmirlər. Çuğullar xəbər verir ki, poştu soyub belə cəldliklə aradan çıxan Quş Mirzalı olar. Ona görə də pristav Mirzalını həbs etmək haqqında əmr verir.

– Zal əmi, Quş Mirzalının şairliyi, şer deməyi olubmu? - sualıma: – A bala, bildim nə deyirsən. Quş Mirzalının şairliyi, aşıxlığı olmayıb. Məncə, onun dilində söylənən şerləri qışlaqlı Molla İsmayıl deyib – cavabını verdi.


Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin