45 yaşlı Ağakərim Əhmədovunsöylədiyinə görə, Süleyman Qarabağa gedir. Dilənçi paltarında Səadətgilə gedib pay istəyir. Səadət gözlərindən Süleymanı tanıyır. Ərini öldürəcəklərindən qorxub hay-haray salır. Nə qədər eləyillər, Süleymanı tapa bilmillər. O qaçıb aradan çıxır. Süleyman Qarabağlıların sürülərini yaylağa buraxmır. Qaçaqlığı dövründə Süleyman 72 adam öldürür. Çox cəld və çevik imiş. Gülləsindən kimsə yayına bilməzmiş. Quşu gözündən vurarmış. Rus qoşununu bu dağlarda çox pərən-pərən salıb.