Heydər can verir kürdün pəyəsi, Mən gedirəm, fani dünya, qal indi. Gedin Əfruza deyin məni ağlasın,
Ağı açsın, o qaranı bağlasın,
Heydər deyib kürdün qızı ağlasın,
Mən gedirəm, fani dünya, qal indi. Folklorçu, filologiya elmləri namizədi Cabbar Cəlilov da bu şerin başqa bir variantını Cütcülü (16) Məhəmməddən toplamışdı. Həmin variant belədir:
Mən Heydərəm, qoymaynan Yəməndə,
Nə bileydim mən düşərəm bu dərdə,
Xəbər verin Əpruza bu dəmdə,
Mən gedirəm, fani dünya, qal indi
Gül nisbəti, gözəl yarım, qal indi. Heydər xan deyilən bir qulbeçədir,