Азярбайъан милли елмляр академийасы


Zalım düşmən gəlib kəsdi yolumu



Yüklə 461,5 Kb.
səhifə31/83
tarix10.01.2022
ölçüsü461,5 Kb.
#108609
1   ...   27   28   29   30   31   32   33   34   ...   83
Zalım düşmən gəlib kəsdi yolumu,

Aynalı açılıb qırdı qolumu,

Öz-özümə fərz eylədim ölümü,

Aman qardaş, bir yamana uğradım.
Fələk vurğunuydum, ağrıdı başım,

İndən belə tərsə düşübdü işim.

Yanımda olaydı Usuf qardaşım,

Aman qardaş, bir yamana uğradım.
Omar deyərlər mənim adıma,

Çağırdım Allahı yetməz dadıma.

Onda düşdü Usuf qardaş yadıma,

Aman qardaş, bir yamana uğradım.
Aradan xeyli keçəndən sonra bir gün Yusif qaçaq yoldaşı Allahverdi ilə uryadnik paltarında gəlir Mirzə kişinin qapısına. Mirzə kişinin arvadından Musanın, İbrahimin, Osmanın yerini xəbər alır. Anaları onnarın yerini demir. Belə olanda Yusifgil gedib Gay Süleymanı gətirirlər. Gay Süleyman rusca bilirmiş. Gay Süleyman Mirzə kişinin arvadına deyir: «Bunlar Karsdan (15) gəliblər. Hökumət adamlarıdır. Oğlanlarını Karsdan istəyirlər.» Arvad da deyir: «Oğlannarım Omar öləndə ot biçirlər.»

Yusifgil atlarını sürür ora. İbrahim Amasiyaya, Mirzə kişi dəyirmana gedibmiş. Musa Yusifi aralıdan görən kimi tanıyır. Qaçıb gizlənmək istəyir. Mümkün olmur. Yusif onu güllə ilə vurur və papağını da götürüb gətirib anasına verir.

Aşıq İskəndər variantında bu hissə xeyli bədiiləşdirilib. Guya Yusif Musanın başını kəsib bir parçaya bükür. Gətirib anasına verəndə deyir: «Qarpızdı, Mirzə kişi gələndə kəsib yesin. Ürəyi sərinləsin.»

Kərim müəllimin verdiyi birinci dəftərin hadisələr təsvir edilən hissəsində şer yoxdu. Hətta bu yerdə şer söyləndiyinə işarə belə yoxdur. İkinci dəftərdə isə ilk üç şer Yusifin dilindən söylənilir. Dastan-rəvayətdəki şe’rlər məzmunca eyni olsa da, ayrı-ayrı şəxslər tərəfindən qoşulduğu aydın görünür.

Məsələn, dastan-rəvayətdə şerin ilk bəndi belədir:


Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin