Ömrü xoşbəxt keçir dolduqca yaşa. (15) 1920-ci ildə Kərimbəylidə anadan olub. Çərçiboğan kəndinə ərə gəlmiş Fatma Kəblə Qadir qızı Abdullayeva da vəzni, qafiyəsi pozulmuş şer parçalarının Heydər Əziz oğlunun olduğunu söylədi:
Akrujut* etdilər evin Heydərin,
Talana çəkdilər malın Heydərin. Yaxud:
Qorxmaynan, əcəm oğlu,
* Okrujeniya (rus) – mühasirəyə almaq, çənbərə salmaq.
Heydərin ölümü ilə bağlı fikirlər şaxələnirdi. Heydər Trabzondan, Ərzurumdan, İrəvandan, Naxçıvandan yük daşıyan dəvə karvanının cilovdarıymış. Çox qoçaq adamıymış. Fatma Kəlbə Qədir qızına görə, İranda 4-5 pəhləvanın kürəyini yerə vurubmuş. Bir rəvayətə görə, düşmənləri qəhvədə zəhər verib öldürüblər. Tərlan Quliyevanın və Səlbi Usub qızının eşitdiyinə görə, Heydər Trabzonda və Ərzurumda qəhvəxanada çalıb-oxuyur. Heydərin söz qoşmaqla yanaşı tulum zurnada, neydə, balabanda, sazda çalmağı da varmış. Qəhvəxanada çalıb oxuyandan sonra tərli-tərli yola çıxır. Yolda bərk soyuqlayır. Bu hadisə təxminən 1929-30-cu illərin payız-qış aylarında olur. Həmin soyuqdəymədən də Heydər 35-40 yaşlarında vəfat edir. Ölüm ayağında dediyi şerdən Səlbi Usub qızının yadında qalan aşağıdakı bəndlərdir: