Məndən aşağı kimsə yox, Ondan da yuxarı... Bu, necə deyərlər şerdə bütün fiziki, riyazi... anlayışları arxada buraxıb, bütün bu anlayışların fövqünə yüksəlib ruhun həndəsəsini – fəza həndəsəsini qurub-yaratmaq deməkdir. Dünya bu modelin içərisindən tamam başqa şəkildə, başqa bir körkəmdə görünür, yerin altına və göyün üstünə (fəza qurtardıqdan sonra-!) işarə dünyanı, zamanı anlamağın ali formasıdır, dilində Allah kəlməsi dünyanın düzümünə qarşı çıxmaqdır... Heç yerdə tədris edilməyən Ali Poeziyada əlifbanın birinci hərfindən başlayaraq dünyanın yeri-yurdu, səhmanı haqqında fikirlər, mülahizələr irəli sürülür.