Азярбайъан поезийасында яли кярим мярщяляси


Qayıt, gözüm nuru, könlüm atəşi



Yüklə 0,52 Mb.
səhifə4/10
tarix03.01.2022
ölçüsü0,52 Mb.
#51109
1   2   3   4   5   6   7   8   9   10
Qayıt, gözüm nuru, könlüm atəşi

Qayıt, səhmana sal bu kainatı...
Bu hələ adi bir mətləbin işartısıdır, adi bir məntiqin nəticəsidir: sən bütün həyatımı, bütün dünyanı doldurmusan, çıxıb getməyin, tərk etməyin dünyanın səhmanının pozulması deməkdir; sonralar bu məntiq bir az başqa bir dillə geniş şəkildə intişar tapacaqdı: sən getdin elə bil dünya boşaldı... və s və i.a.

Ancaq Əli Kərimin «Qayıt» nidası bütün bunlardan fərqli olaraq bambaşqa bir mətləbi də çevrələyir, elə bir bədii məntiqi ki, onu dərk etdiyin zaman belə deyək, dünyanın dibinə daş atıldığını əyani şəkildə görürsən. Səmt, istiqamət dəyişir, bu şerdə məna ilə oyun son həddədir, bu həddin içində sevgi, məhəbbət, yarın həsrəti... son dərəcə şərti forma alır, dünyanı, zamanı dərkin sonrakı, növbəti qatlarının zahirə çıxmasının, müəyyən düzüm içində oxunmasının vasiətsinə çevrilir. Elə bir məqam, elə bir an yetişir ki, hər bir səsin, sözün içi bir anlığa və yeni zamanda qəribədir ki, boşalır, hər şeyin, dünyanı tutan bütün əşyaların rəngi pozulur, gündüz və axşam, həsrət-vüsal... anlamları semantikasını itirir, əvəzində dünya yeni lada keçir, yeni ladda oxunur, Şəhriyarın şerində olduğu kimi bu dəfə artıq yerin üstü yox altı şumlanır, dərdlər bar verir, insan əvvəl ölür, dünyanı tərk edir, sonra yaşayır, bu məntiqi yalnız ali poeziyanın qanunlarını bilməklə, dərindən-dərinə hiss etməklə anlamaq mümkündür. Poeziyanın ali qatında müqayisə göz açıb yumunca davam edir, sonra gerçək dünyada görünməyən nəsnəlrin qavranılması gəlir. Vaxtilə, ilk gənclik çağlarında Səməd Vurğun yazırdı:



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin