Азярбайъан Республикасы Назирляр



Yüklə 21,29 Kb.
tarix25.06.2018
ölçüsü21,29 Kb.
#54819
növüQaydalar

Azərbaycan xalqının tarixi adları, tarixi-mədəni sərvətlərinin adları və onlarla bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi

QAYDALARI

1. Bu qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının «Mədəniyyət haqqında», «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında», «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında», «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında», «Reklam haqqında» qanunlarına, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq hazırlanmışdır.
2. Bu qaydalar Azərbaycan xalqının tarixi adları, tarixi-mədəni sərvətlərinin adları və onlarla bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadə olunmasına icazə verilməsini müəyyən edir.
3. Dövlət mülkiyyətində olan tarixi adlar, tarixi və mədəni sərvətlərin adları və onlarla bağlı xüsusi işarələrdən istifadə rejimi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir.
4. Dövlət mülkiyyətində olan tarixi adlar, tarixi və mədəni sərvətlərin adları və onlarla bağlı xüsusi işarələrdən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan əmtəə nişanı kimi istifadə oluna bilməz.

5. Əmtəə nişanı dedikdə – sahibkarın əmtəələrini və ya xidmətlərini digər əmtəələrdən və ya xidmətlərdən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması başa düşülür. Azərbaycan xalqının tarixi adları, tarixi-mədəni sərvətlərinin adları və onlarla bağlı xüsusi işarələr əsasında əmtəə nişanları yaradıla bilər.


6. Tarixi adlar, tarixi və mədəni sərvətlərin adları və onlarla bağlı xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə dedikdə - həmin ad və işarələr əsasında yaradılan əmtəə nişanlarının aid edildikləri əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə, reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, sərgi və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi nəzərdə tutulur.

7. Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri dedikdə Azərbaycan Respublikasının «Mədəniyyət haqqında» qanununda göstərilən mədəniyyət sərvətləri nəzərdə tutulur.


8. Tarixi adlar, tarixi və mədəni sərvətlərin adları və onlarla bağlı xüsusi işarələr hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadə olunmasına Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazəsi verilir.
9. Tarixi adlar, tarixi və mədəni sərvətlərin adları və onlarla bağlı xüsusi işarələr əsasında hazırlanmış əmtəə nişanından istifadə etmək istəyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxs ərizəni və bu qaydalarda göstərilən sənədləri təqdim etdikdən sonar ona həmin əmtəə nişanından istifadə icazəsi verilir.

Ərizə ilə bərabər aşağıdakı sənədlər təqdim olunmalıdır:

– əmtəə nişanının eskizi

– əmtəə nişanından istifadə edilməklə istehsal olunan məhsulun və ya xidmətlərin siyahısı



10. Bütün sənədlər Azərbaycan dilində təqdim edilməlidir.
11. Qeyd olunan adlar və xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə edilməsinə icazə verilməsi barədə Nazirlik tərəfindən verilmiş ekspert rəyindən sonra qəbul olunur və istifadəçiyə müvafiq “İcazə vərəqəsi” verilir.
Yüklə 21,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin