Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 5,72 Mb.
səhifə6/16
tarix20.02.2020
ölçüsü5,72 Mb.
#102136
1   2   3   4   5   6   7   8   9   ...   16

Ключевые слова: «Деде Горгуд», Духа, Домрул, происхождение, шумер
ISLAM SADIG

DOMRUL AND DUKHA NAME’S ORIGIN

(Summary)

One of themost interesting and ancient branch (boy) in “Dada-Gorgud” epos is “Dali-Domrul” branch(boy). In science was spoken conflicting thoughts in connection with this branch(boy) plot and Domrul, Dukha names origin. In this article for the first time on the basis of Sumerian epic texts and in the other sources Domrul and Dukha names origin in the broad shape was investigated, each two names being Turkic origin, not getting from outside was proved on the basis of convincing arguments.



Key words: “Dada-Gorgud”, Domrul, Dukha, origin, Sumerian.
İ.Y.CƏFƏRSOY
TÜRK EPOSLARININ ALP ƏRƏNLƏRİ QƏDİM MİSİR VƏ

ÖN ASİYA MİFLƏRİNDƏ TANRI OĞULLARI KİMİ
Məsələnin qoyuluşu. Qarşıya qoyulan problem türk eposlarının eponimlərinin qədim Ön Asiya miflərindəki etnogenetik uyğunluqları əsa­sında öyrənilir. Müəyyən edilir ki, türk folklor obrazları ilə Misir, Xatti, Ellada və s. mifoloji surətlərinin uyğunluqları təsadüfi deyil.

İşin məqsədi türk folklorunun bədii obrazları ilə qədim mifoloji qəhrəmanların tarixi-genetik bağlarını aşkara çıxarmaqdan ibarətdir.
Türk xalqlarının yaratdıqları qəhrəmanlıq dastanları yalnız ədəbi abidələr deyil, qiymətli tarixi mənbələrdir. Həmin dastanların eponimlə­rinin qədim Ön Asiya etnoslarının miflərində çoxsaylı paralelləri vardır.

Həmin uyğunluqlar Şumer, Elam, Xatti, Urartu panteonunda daha çoxdur. Bundan əlavə qədim Misirin “Ölülər kitabı”nda, “İnəklər kita­bı”nda xeyli türk-kopt etnolinqvistik uyğunluqlarına rast gəlirik. Həmin uyğunluqlara təsadüf kimi baxmaq doğru olmazdı. Ön Asiyanın qədim etnosları minilliklər boyu yuxarı Nil vadisinə axınlar etmiş, özləri ilə adət-ənənələrini, ayinlərini və təbii ki, etnik və teofor adlarını da aparmışlar.

İngilis arxeoloqu Flinders Petri fironların piramidalarında apardığı tədqiqatlar əsasında hələ XX əsrin əvvəllərində belə bir nəticəyə gəlmişdir ki, Misirin mürəkkəb mədəniyyətinin kökləri Qafqazdan və Ön Asiyadan gəlir. Həmin fikri davam etdirən İ.İ.Meşşaninov yazır ki, Ön Asiya xalqlarının Nil vadisinə axınları şumerlərdən qabaq başlamış, şumerlərdən sonra da davam etmişdir (32, 34-43).

Qədim Misirin yaz tanrısı Tor adlanırdı (15, 100). Bir çox tədqiqat­çıların fikrincə, Troya şəhərinin adı Tor teonimindən törəmişdir (408). Eyni zamanda Tor Troyanın 12 vilayətindən biri olmuşdur (211).



Tur totemik addır. Urartu mixi yazılı kitabələrində tur sözü keçinin və inəyin balasını bildirir (34, 137; 30, 73, 74, 380). Türk dillərində də həmin mənada tur sözü vardır. Bəzi türk dillərində oğlağa, bəzilərində isə inəyin yetişkənlik həddinə çatmayan erkək balasına tur deyilir (43, 1442; 20; 239).

Kahin Manefonun e.ö. III əsrdə qələmə aldığı Misir əfsanəsinə görə, ilahi Torun 2 müqəddəs keçisi var (15; 100). Misir və Ellada panteonunda olduğu kimi, türk folklorunda da keçi qışın düşməni və yazın simvoludur.

..Avestada Tura, fars folklorunda Tur turanlıların əcdadı, ilk qəbilə başçısı kimi təqdim edilir (37; 534). Troyalıların inancında isə Troil (totem tanrısı Tur olan) çar Priamın oğludur (Gneida 1971. 411). Bütün bunlar belə bir fikri irəli sürməyə imkan verir ki, yaz tanrısına sitayiş edən Tur etnosu həm Ön Asiyanın, həm də Elladanın etnik və siyasi tarixində müəyyən rol oynamışdır.

Nikita Emin 1864-cü ildə yazırdı ki, ilahi Tür öz epitetləri ilə yaz və cücərtisi tanrısı Apollana uyğun gəlir. O, eyni zamanda salnaməçi kahinlərin ilk müəllimi sayılır (57, 25; 4, 270).

N.Emin onu da bildirir ki, bir çox salnaməçilər ilahi Türün adını yanlış olaraq Tir kimi qələmə almışlar. Onlardan yalnız Aqatanqelos bir yerdə həmin teofor adı tir yox, tür kimi göstərmişdir (Gmin 1864. 25).

Eradan öncə 1200-700-cü illərdə güclü dövlət olan, zəifləyəndən sonra Finikiyanın paytaxtına çevrilən Tir (1, 125; 49, 57) şəhərinin adı daha qədim mənbələrdə Tur formasın­da göstərilmişdir. Tur teonimini Tir formasına salanlar ilk növbədə erməni mxitaristləri olmuşdur (Asoxikin kitabına Nikita Eminin izahı, s. 269). Xristianlıqdan qabaq Şərqi Ana­do­ludakı Baqaran şəhərində ilahi Türün bütü qoyulmuşdu (Marr 1901. 10).

Tarixi mənbələrin tədqiqi göstərir ki, Finikiyanın Tur nəslindən olan tacirləri Dnestr çayının Qara dənizə töküldüyü yerdə şəhər salmış, orada ticarət koloniyası yaratmışdır. N.A.Kulakovski yazır ki, Dnestr limanın­dakı Tur şəhəri sonralar Ak Kerman adlandırılmışdır (23, 5; 36, 87).

“Kitabi-Dədə Qorqud” dastanlarından bizə məlum olan dədə Elam, Xatti və Xurrit kitabələrində Tata formasında yazıya alınmışdır. Tata ən öncə Şumer panteonunda tufan tanrısı olmuşdur (29, 142). Belə hesab edirik ki, Tata kultunun Asiyadan Nil vadisinə e. ö. 23-cü əsrdə h`iksoslar aparmışlar. V.V.Struve yazır ki, h`iksosların patriarxlarından biri Tete soyadı daşıyırdı (48, 12).

Eyni zamanda Elamın qüdrətli çarlarından biri Tata olmuşdur. O, assurları məğlub edib, e. ö. 1635-ci ildə taxta oturmuşdur (59, 52, 71-72). Bundan əlavə, e. ö. 1570-ci ilə aid bir gil lövhədə Tata adlı yüksək rütbəli Elam hakiminin adı çəkilir (53, 100, 179).

Suriya ilə Türkiyə arasından tapılan bir Xett kitabəsində tata sözü ata mənasında işlənmişdir (31, 243). Buna uyğun olaraq çuvaş dilində tete sözü var. Çuvaşlar atanın atasına və atabir böyük qardaşa tete deyirlər (54, 59).

Bir çox dilçilərin fikrincə, slavyan dillərindəki dededyadya qo­humluq terminləri türk dillərindən alınmadır (52, 336; 5, 108) və bu sözlər ari mənşəli deyil (52, 334, 346).

Macarıstanda Tata adlı tarixi vilayət olmuşdur (56, 231). Bundan əlavə, Krımda Dede adlı kənd və dağlar vardı (41, 47). Belə hesab edirik ki, Tata, Dədə etnik qrupları Ukrayna və Macarıstana Ön Asiyadan miqrasiya etmişdir.

“Oğuznamə”də Tuman xan eponimi var. Kayı İnal xan öləndən son­ra oğlu olur. Dədə Qorqud ona Tuman, yəni duman adı qoyur. Divan adam­ları ona etiraz edib deyirlər ki, duman hər yanı bürüyür, ətrafı görmək olmur. Belə ad xan oğluna yaraşmaz. Korkut cavab verir ki, duman ətrafı görünməz etsə də, havaya nəmlik gətirir. Bu gün-sabah duman çəkiləcək, otlar göyərəcək, heyvanlar yeyib kökələcək. Duman bolluq, bərəkətdir (44, 71). Dastanın başqa bir yerində deyilir ki, Tuman xan heyvanların dilini bilirdi. Guya İnal xan sağlığında hər heyvandan birini öldürüb, dillərini qaba yığıbmış. Onları suda qaynadıb, dilini uşağa verirlər. Uşaq bundan sonra heyvan­ların dilini başa düşür (44, 71).

Bu əfsanədə əski təbiət kultunun izləri görünür. Duman kultu daha öncə qədim Anadoluda və Elamda yayılmışdı. Kayseri yaxınlığından tapılan e. ö. II minilin ortalarına aid Kül təpə mixiziyalı mətnlərində Tuman adı var. O, etnik patriarxlardan biridir (60, 102).

E. ö. I minilə aid Suz kitabələrində Tuman adı Teumman formasında yazıya alınmışdır. Həmin Tuman e. ö. 663-653-cü illərdə Elam hökmdarı olmuş, Assuriya çarı Aşşurbanipal tərəfindən öldürülmüşdür (59, 86).

E ö. II minilin ortalarına aid Xett gil lövhələrində Duman etnosunun ölkəsi 2 formada Dumanna və Tumania variantlarında göstərilmişdir. Hə­min etnosun mərkəzi şəhəri Kaşkay ölkəsinin qonşuluğunda yerləşirdi (21, 128; 3, 104. 180). Həmin ərazidə – Ərsin­can şəhəri yaxınlığında Çobani şahı Kor Dumanın qəbri vardı (56, 246).

Duman və Kor Duman etnonimlərində insanların dumana bəslədik­ləri ikili münasibətin izləri qalmaqdadır. Təbiətdən çox asılı olan insanlar bolluq, bərəkət gətirdiyinə görə dumanı sevmiş, kor dumana qurbanlar kəsmişlər ki, ətrafı görünməz etməsin.

N.A.Baskakov Tumanskiy rus familiyasından bəhs edərkən bildirir ki, o, qədim bolqar dilindəki çoxluq sözündəndir (5, 199-200). Düzdür, türk dillərində 10 min mənasında tuman və tümen sözləri var. Ancaq Tuman etnik adı dumana sitayişlə bağlıdır. İnsanlar çoxlu dənəcikləri olduğuna görə dumana tuman demişlər.

“Kitabi-Dədə Qorqud”da İleq qoca eponimi var. İleq qoca Alp Ere­nin atasıdır (7, 284). Buna uyğun olaraq Urartu mixiyazılı kita­bə­lərində İlax tanrısı mövcuddur. Ayin zamanı ona 1 buğa, 2 qoç qurban kəsərdilər (Piotrovskiy 1944. 273).

İlaxa “totemi ilek olan” deməkdir Sami dillərində -a sonluğu totem ad­larından etnonimlər yaradır (21, 22, 57; 8, 195; 33, 45; 29, 86; 28, 59).

K.E.Bosforta görə, ilek Karaxanlı hökmdarlarına verilən titul idi (9, 153). İlek etnik adı totem mənşəlidir. Türklər və Ön Asiya­nın bir çox etnosları ilekə – cüyür təkəsinə sitayiş etmiş, həmin münasi­bətlə özlərini İlek adlandırmışlar.

Çokan Valixanov yazır ki, qırğız-qaysaxlar dağ təkəsinə ilek deyirlər (13, 327). Başqırdlar isə cüyür təkəsini, yəni köpkəri ilek adlan­dırırlar (6, 202). Sürünün önündə getdi­yinə görə, bir çox türk xalqları cüyürün ən iri erkəyini ilek, yəni ilk adlan­dırmışlar.

“Manas” dastanında Aptal doğan eponimi var. Aptal doğan Manasın ögey oğlunun əmisidir (25, 535).

Eranın I əsrində yaşamış İudeya müdriklərindən biri Abdalion soyadı daşıyırdı. O, Assuriya çarı Sinaxeribin nəslindən olub, yəhudi dinini qəbul etmişdi (26, 5, 6). Ancaq bu, o demək deyil ki, Abdal nəsli sami mən­şəlidir. Semitoloqların çoxunun fikrincə, assurların ilk hökmdarları semit mənşəli olmamışdır (12, 49).

Abdal nəslindən olan başqa bir müdrik Abdalamin ləqəbi daşıyırdı (22, 89). Makedoniyalı İskəndər Sidon şəhərini tutanda onu hörmətlə qar­şı­layan Abdalamini şahlıq tacı və xəzinə ilə mükafatlan­dırmışdı. Kvinta Kur­si­ya yazır ki, Abdalamin “tanrı Abdalın qulu” deməkdir (24, 316, 317, 318).

Abdal əskidə kumıkların ov tanrısı sayılırdı. Hətta İslam dininin yayıl­ma­sından sonra Dağıstanın bir sıra xalqları Abdala qurbanlar verər­dilər. (37, 22). Abdal teofor adı ab “ov” və dal “arxa” sözlərindən ibarət olub, ov heyvanlarını qoruyan deməkdir. Ov tanrısına tapınan etnoslar inanırdılar ki, Abdal buludların üstündə oturub, sehrli tütəyini çala-çala vəhşi heyvanları otarır. Kim ov mövsümünü pozarsa, onun atdığı oxları göydəcə tutub sındırır.

Oğuzların tarixi şəhərlərindən biri Karnak idi. O, Sır tengiz çayı ya­xın­lığında salınmışdı (MK I. 2006. 459). Bundan başqa Azərbaycanda Kar­nakaş adlı qala vardı. Həmin qala 928-ci ildə Babəkin qoşunu tərəfindən tutuldu (18, 268).

Karnak kultunu Kam və Kuş etnosları özləri ilə Ön Asiyadan Nil vadisinə aparmışlar. Karnak əvvəlcə tanrı Amonun epitetlərindən biri idi. Sonra tədricən o, Fiv şəhərinin, daha sonra bütün Misirin tanrısına çevrildi (50, 34). Karnak kultu rəsmi dövlət kultu kimi qəbul ediləndən sonra Kar­nak şəhəri qızıl Karnak adlandırıldı. (50, 57). Çünki Karnak məbədində hə­min məbəddə qızıl dana bütü qoyulmuşdu. Ölkənin əsas 2 dini mərkə­zi­nin birində – Memfisdə qara, İliopolda ağ dana bütünə sitayiş edirdilər (16, 53).

Həmin bütlərin adı bəzi mənbələrdə apis, bəzilərində isə tana formasında göstərilir (bax: şəkil 1; 14, 535; 46, 52; 40, 9). Buna uyğun olaraq türk dillərində dana və tana, buğa zoonimləri vardır.

Fironlar siyasi məqsədlər üçün gah Amon, gah da Aton məbədini dövlətin baş məbədinə çevirirdilər (51, 178). H`İksos mənşəli fironlar Karnak məbədinin statusunu dəyişir, dövləti Asiya qanunları ilə idarə edirdilər. Ona görə də bir çox semitoloqlar h`iksosların hakim nəsillərini qeyri-sami nəsillər olduğunu qeyd edirlər (38, 15; 48, 9; 49, 30).

Karnak etnosu Finikiya və Suriyada da yurd salmışdı. Onlar e. ö. XIV əsrdə mərkəzi şəhəri Astarot olan dövlət yaratmışdılar (45, 143). Həmin dövlətin hakim nəslinin adı e. ö. I minilin əvvəllərinə aid Assu­riya yazıla­rında Karnakuşa formasında göstərilir (47, 33). Musa Xorenli həmin nəslin bir patriarxının adını Misir mənbə­lə­rində olduğu kimi – Karnak formasında yazıya alınmışdır (55, 102, 630).

Qırğızların məşhur dastanı və həmin dastanın baş qəhrəmanı Manas adlanır. Manas eyni zamanda Azərbaycan ərazisindəki ən qədim dövlətin adıdır. Ancaq yanlış olaraq həmin ölkənin adı Azərbaycan tarixi dərslik­lərinə Manna formasında salınmışdır. Assuriya çarı III Salmanasarın (e. ö. 859-824) kitabəsində aydın şəkildə yazılıb: – Manas ölkəsindən çıxıb, Har­nali şəhərinə yaxınlaşdım. Manali Udaki canını qurtarmaq üçün qaçdı (30, 16, 21, 28, 153: 47, 30; 59, 343, 344).

Assuriya və Urartu kitabələrində teofor mənşəli Manas, Manaş, Man­na və Manak formalarında yazıya alınmışdır. Ancaq Qafqaz və Ön Asi­yanın tarixi toponimləri arasında onun Manna variantına təsadüf etmirik.

Manas (Manes variantı da var) monoteizmə qədər İudeyada yüksək tanrılardan biri idi (42, 490). Ona sitayiş edən adamlar özlərini Manasia, yəni “ilahi Manasa sitayiş edənlər” adlandırırdılar. İudeyanın məşhur çarlarından biri Manas (695-641) soyadı daşıyırdı. Bəzi tədqiqatçılar o adı Manasia (42, 490; 45, 104; 14, 505), bəziləri isə Manase formasında oxuyurlar (17, 219; 2, 72; 19, 37). Həmin Manas Babil çarı Asarxaddona məğlub olub əsir düşmüş, sonra böyük miqdarda qızıl verib, əsirlikdən azad olmuşdu (17, 219).

1946-cı ildə Tbilisidə nəşr olunan “Gürcüstan tarixi”ndə göstərilir ki, Türkiyə ərazisindəki Manas kert şəhəri və Panak kilsəsi Xaldey dövrünün Manasia etnosunun davamıdır (19, 37). Manas etnosunun Azərbaycanda yaşayan hissəsi IV yüzildə xristian dinini qəbul etdi. Onla­rın nəslindən Qəbələ yepiskopu Manase 488-ci ildə keçirilən Albaniya kilsə məclisində iştirak etmişdi (2, 72; 27, 66).

Manas Cənubi Qafqazın və Şərqi Anadolunun yer adları arasında son zamanlara qədər mövcud olmuşdur. XX əsrin əvvəllərində Tiflis quberni­yasının Borçalı qəzasında Manas adlı kənd var idi (39, 167). Eyni zamanda Gürcüstanın Kaxeti vilayətindəki Alaverdi monastırı­nın qədim adı Manas olmuşdur.

Manas adı Xəzər xaqanları indaizmi qəbul edəndən sonra da onların antroponimləri arasında qalırdı. Türk dilli, yəhudi dinli xaqanlarından biri Manassiya (41, 8, 64) soyadı daşıyırdı.

Manas totem mənşəli etnik addır. Tikmədaşlı Qasımın “Sənəm gəl” rədifli qoşmalarında belə bir beyt var:

Xəstə Qasım deyər hənək-hənəkli,

Ağ üzündə qoşa xallar bənəkli.

Bənək türk dillərində üzdəki qoşa xala deyilir. Eyni zamanda xallı marallar bənəkli maral adlandırılır. Fikrimizcə, Manas/Panak etnonimi totemik adı marala sitayişlə bağlıdır.

Türk folklorundakı obrazların qədim Ön Asiya miflərində paralelləri çoxdur. Onların müqayisəli şəkildə tədqiqi türk-kopt, türk-yəhudi, türk-iber etnogenetik bağlarının bəzi qaranlıq məqamlarına aydınlıq gətirəcəkdir.



İşin elmi nəticəsi. “Kitabi-Dədə Qorqud” dastanlarındakı dədə titulu Elam xətti yazılarında patriarxların titulları, Xatti yazılarında tanrı oğullarının adları kimi işlənmişdir. Eləcə də Duman, İlek, Abdal, Manas türk dastanlarındakı epik qəhrəmanlar Ön Asiya miflərində qəbilə tanrıları kimi mövcud olmuşdur.

Tətbiq sahələri. Tədqiqat işinin nəticələrindən Azərbaycan tarixinə aid ümumiləşdirilmiş əsərlərin, tədris vəsaitlərinin yazılmasında istifadə oluna bilər.

İşin elmi yeniliyi ondan ibarətdir ki, türk dastanlarının epik qəhrə­man­larının qədim Ön Asiya panteonunda arxaik variantları aşkara çıxarı­lır. Həmin eponimlərin arxaik variantları linqvistik baxımdan sonrakı variantlarından çox da fərqlənmir.
ƏDƏBIYYAT

  1. Авраам Норов. Путешествие по святой земле в 1835 году. ч. I, Санкт-Петербург, 1854.

  2. Musa Kaqankatuklu. Albaniya tarixi. Bakı, 1993.

  3. Арутюнян Н.В. Топонимика Урарту. Ереван, 1985.

  4. Асохик Степаннос Таронский. Всеобщая история. Москва, 1864.

  5. Баскаков Н.А. Русские фамилии тюркского происхождения. Москва, 1979.

  6. Башкирско-русский словарь, Москва, 1958.

  7. Бартольд В.В. Книга моего деда Коркута. Баку, 1999.

  8. Блейхштейнер Роберт. Сибары древнего Востока в свете изучение яфетидов. Язык и история. т. I. Ленинград, 1936.

  9. Босфорт 1971 – Босф

  10. орт К.Э. Мусульманские династии. Москва, 1971.

  11. Бушаков Н.А. Семантический анализ Крымских ойконимов. Советская тюркология. № 2, Баку, 1989.

  12. Вайнштейн М.Б. История мироздания. СПб, 1909.

  13. Валиханов Чокан. Избрание сочинений. Т. 1, Алма-Ата, 1984.

  14. Вигуру Ф. Руководства к изучению Библии. Т. 1, Ветхий завет, Москва, 1897.

  15. Винклер Гуго. Вавильонская культура. Москва, 1913.

  16. Грець Генрих. История евреев. Т. 1, Одесса, 1906.

  17. Грець Генрих. История евреев. Т. 2, Одесса, 1907.

  18. История Агван Моисея Каганкатваци. СПб, 1861.

  19. История Грузии. Ч. 1, Тбилиси, 1946.

  20. Кайдаров А.Т. Инструкция по составлению казахско-русского словаря. Алма-Ата, 1986.

  21. Капанцян Гр. Хаяса-колыбель армян. Ереван, 1947.

  22. Кекелидзе К.С. Этюды по истории древнегрузин­ской литературы. Тбилиси, 1961.

  23. Кулаковский Юлиан. Прошлое Тавриды. Киев, 1914.

  24. Курция Квинта. Александр Великий. СПб, 1751.

  25. Ögel B. Türk mitolojisi. c. I, Ankara, 1971.

  26. Левин Е.Б. Изречения отцев и синагоги. Сборник статей по еврейской истории и литературе. кн. 1, Санкт-Петербург, 1866.

  27. Мамедов Т.М. Кавказская Албания в IV-VII в. Баку, 1993.

  28. Доклады И.Н.Марр и И.Орбели. Археологическая экспедиция 1916 года в Ван. Тифлис, 1922.

  29. Марр Н.Я. Иштарь. Яфетический сборник. В, Ленинград, 1927.

  30. Меликишвили Г.А. Урартские клинообразные надписи. Москва, 1960.

  31. Меруджи Пьеро. Учебник Хаттского иероглифи­чес­кого языка. Древние языки Малой Азии. Москва, 1980.

  32. Мещанинов И.И. Египет и Кавказ. Баку, Общ.-ва обследования и изучения Азерб.-на. 1927.

  33. Мещанинов И.И. Географические названия верховьев Аракса по халд­ским надписям. Баку, ш № 3166 (Центр. Науч. Библиотека НАН Азерб.-на).

  34. Мещанинов И.И. Язык Ванских клинописьных надписей. Ленинград, 1932.

  35. Мещанинов И.И. Древневанские имена богов и царей. Яфетический сборник. В, Ленинград, 1927.

  36. Мизиев И.М. Шаги к истокам этнической истории Центрального Кавказа. Нальчик, 1986.

  37. Мифы народов мира. Т. 1, Москва, 1980.

  38. Мюлештейн Ганс. Историческая значение вопроса об этрусках. Вест­ник древней истории. № 4 (5), Москва, 1938.

  39. Пагирев Д.Д. Альфавитный указатель к пятиверст­ной карте Кав­казского края. Тифлис, 1913.

  40. Пиотровский Б.Б. История и культура Урарту. Ереван, 1944.

  41. Плетнева С.А. Хазары. Москва, Наука, 1986.

  42. Рагозина З.А. История Ассирии. Санкт-Петербург, 1902.

  43. Радлов В.В. Опыт словаря тюркских наречий. I, II, ч. 1, СПб, 1899.

  44. Рашид-ад-дин Ф. Джами ат-таварих. Москва-Ленинград, Наука, 1957.

  45. Ренан Эрнст. История израильского народа. Т. 1., Санкт-Петербург, ш № 2750, 272 с., (Централ. Научн. Библиотека НАН Азерб.-на).

  46. Рубинштейн Р.И. Новейшие археологические открытия в Египте. Москва, 1962.

  47. Solmaz Qoşqay. Qədim Azərbaycan tarixi mixiziyalı mənbələrdə. Bakı, 2006.

  48. Струве В.В. Пребывании Израиля в Египет свете исторической критики. Петербург, 1919.

  49. Трачевский А. Древняя история. СПб, 1889.

  50. Тураев Б.А. История древнего Востока. Санкт-Петербург, 1913.

  51. Тураев Б.А. Египетская литература. Москва, 1920.

  52. Филин Ф.П. О терминах родства и родственных отношений в древ­не­русском литературном языке. Язык и мышле­ние. XI, Москва-Ле­нинград, 1948.

  53. Хинц В. Государство Элам. Москва, Наука, 1987.

  54. Чуваши. Этнографические исследование. ч. 2, Чебоксары, 1970.

  55. Шопен Р.И. Исторический памятник состояние Армянский области в эпоху ея соединения к Российской Империи. СПб, 1852.

  56. Эвлия Челеби. Книга путешествия. Вып. 3, Москва, 1983.

  57. Эмин Н.О. Очерк религии языческих армян. Москва, 1864.

  58. Вергилий. Буколики. Георгики Энеида. Москва, 1971.

  59. Юсифов Ю.Б. Элам. Социально-экономическая исто­рия. Москва, Наука, 1968.

  60. Клинописные тексты из Кюл Тепе в собраниях СССР. пер, ком и глоссарий Н.Б.Янковской. Москва, Наука, 1968.


Türk eposlarının qəhrəmanları qədim Misir və Ön Asiya

miflərində tanrı oğulları kimi

XÜLASƏ

Məqalədə türk eponimlərinin qədim Ön Asiya mixiyazılı mənbələrində paralelləri tədqiqatın obyektinə çevrilir.

Müəyyən olunur ki, türk dastanlarının ən məşhur qəhrəmanları qədim Misir, Xatti, Elam və Urartu mənbələrində tanrı oğulları kimi yazıya alınmışdır.

Açar sözlər: miflər, Misir, Xatti, Elam, Urartu, tanrı
Герои тюркских эпосов как сыновья бога в мифах

древнего Египта и Передней Азии

РЕЗЮМЕ

Объектом исследования в статье являются параллели между древ­ними клинописями тюркских эпонимов Передней Азии.

Выявлено, что самые известные герои тюркских эпосов в источниках Египта, Хатти, Элама и Урарту были зафиксированы как сыновья бога.

Ключевые слова: мифы, Египет, Хатти, Элам, Урарту, бог
The Heroes of Turkic Eposes as God’s Sons in the Ancient

Egyptian and Front Asian Mythes

SUMMARY

İn this article the parallels in the ancient front Asian and Egyptian cuneiform sources of Turkic eponyms are the objects of the investigation there is determined that the most famous heroes of the Turkic eposes are registered as God’s sons in the ancient Egyptian, Hetty, Elat and Urarty sources.



Key words: muth, Eguption, Hetty, Elat, Urarty

Şakir ALBALIYEV
XALQ BAYRAMLARI İLƏ BAĞLI İNAMLAR
Məsələnin qoyuluşu: Xalq bayramları nikbin ovqatın ifadəçisi olmaq­la həm də xalqın arzularının niyyətlərinin doğrulacağı haqda inamlar sistemini özündə əks etdirir.

İşin məqsədi: Bayramlar varəsində mövcud elmi-nəzəri biliklərdən və xalq inamlarından bəhrələnməklə bir sıra gixli məqamları üzə çıxart­maq, bayramlarla inamların sosial-psixoloji bağlılıqlarını şərh etməkdir.
İnsanı yaşadan ümiddirsə, ümidləri də sönməyə qoymayan inamlar­dır. Bu aspektdən yanaşdıqda inanclar sisteminin də insanın fikri – düşün­cəsi ilə bərabər formalaşıb yarandığı şübhəsizdir; yəni ibtidai dünyagö­rüş­dən baş­layaraq insanlarda mütləq nəyəsə inanmaq, tapınmaq ideyası da baş qaldırmış, nəticədə isə bu inamlar özlüyündə inanclar silsiləsini (inanclar sistemini) doğurmuşdur. İnamların isə özünü doğuracağı, zahirə çıxacağı, çin olacağı ümidi hər vaxt insanların fikrini – xəyalını məşğul etmişdir, hət­ta bu münasibətlə müxtəlif cür yollar axtarılmış, ehtimallar düşünülmüşdür. Bəs inamların çin olacağı məqamlar barədə xalqın vahid ümumi qənaəti, yekdil rəyi hansı nöqtələrdə birləşir? Hansı günlərdə ürəkdə bəslənən arzular, inamlar bəhrə verə bilər? Xalqımız ümumişlək ifadə şəklində bunu «saatın açıq vaxtı» kimi səciyyələndirir: «Allah eləyər filankəsin duası (alqışı, hətta qarğışı da) saatın açıq vaxtına-vədəsinə dü­şər. Allah diləyini eşidər, niyyəti hasil olar», – deyə el arasında sabitləş­miş deyim də işlədilir.

Tarix elmləri namizədi, dosent Məhəbbət Paşayeva «Azərbaycanlıla­rın ailə mərasimlərində etnik ənənələr» (Azərnəşr, 2008) (XIX-XX əsrin əvvəlləri. Şəki-Zaqatala bölgəsinin materialları üzrə)» kitabında yazır: «Qə­dim xalq inamına görə aylar, həftənin günləri və günün saatları planetlərin göy üzündəki yerdəyişməsinə görə bölünür. İnsanlar öz hərə­kət­lə­rini göy cisimlərinin hərəkətinə uyğunlaşdıraraq həyatlarını tənzim­ləməyə çalışırdılar. Bununla bağlı indi də xalq arasında «hər anın bir hökmü var» ifadəsi işlənməkdədir. Ulduzların elçi getmək, nikah kəsdir­mək, səfərə çıxmaq kimi hər hansı bir işi başlamaq üçün uğurlu anı, günü, saatı müəyyən etməyə kömək olacağına inanılırdı» (1, 245).


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin