Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə16/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   12   13   14   15   16   17   18   19   ...   91
Səgirtmək. “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş sözlərdən biri “səgirtmək” sözüdür.

Keyiki qovardı gətürərdi, babasınıη ögində siηirlərdi: “Babam at sə­gir­dişimə baqsun, qıvansun; ox atışıma baqsun, güvənsün; qılıc çalışıma baq­sun, sevinsin!” (13, 37). Bu, müasir Azərbaycan dilinə uyğunlaşdırı­larkən səgdirtmək çapmaq sözü ilə əvəzlənmişdir:

Keyiki qovub gətirir, atasının qarşısında qıcıqlandırıb – acıqlandı­rırdı ki, “atam at çapmağıma baxsın – öyünsün; ox atmağıma baxsın – fərəhlənsin; qılınc çalmağıma baxsın – sevinsin!” (13, 135).

Qeyd edək ki, səgirtmək < səyırtmək atla bağlı işlədilən etnoqrafik sözdür. Çapmaq səyirtmək sözünün qarşılığı kimi işlədilir.



Səyirtmək “Azərbaycan dilinin izahlı lüğəti”ndə “çapmaq, dörd nala sürmək (atı)” kimi məna bildirdiyi göstərilmişdir (5, 51).

Məhərrem Ergin göstərir ki, səyirtmək “qaçmaq, yüyürmək” (koş­mak) mənasında işlənir (21, 262). Səyirtmək (“Dastan”da səgirtmək) Hamit Zübeyr və İshak Refetin “Anadilden Derlemeler” əsərində “səyirtmək, səkirtmək, sügürtmək”, İbn Mühennanın “Hilyetül- İnsan və Hül­betül - Lisan” əsərində “sikirtmək”, Ahmet Vefikin “Lehc-i Osmani” əsərində, Wilhelm Radloffun “Versush Eines Wörterbuches Der Türk-Dialekte” əsərində, Sir James W.Redhousenin “Türkçeden İngilizceye Lügat” əsərində “səyirtmək”, Muhammed Mehdi Xanın “Sengülah” əsərində və Seyh Süleyman Etendi-i Buharinin “Luğat-i Çagatay ve Türki Osmani” əsərində “sigirtmək” formalarında, “Tanıklarıyla Tarama Sözlugü”ndə “addımını tezləndirmək; qaçmaq”, “at oynatmaq”, “üzərinə atılmaq” mənasında işləndiyi verilir (15, 193).

Atın sürətlə qaçmağını xalq danışıq dilində işlənən və ümumiyyətlə, mənası anlaşılan səyirtmək sözü tam ifadə edə bildiyi üçün “Kitabi-Dədə Qorqud” dastanındakı “...Babam at səgirdişimə baqsun” cümləsi Azərbay­can dilində “Atam at çapmağıma baxsın” kimi yox, “Atam at səyirtməyimə baxsın” kimi uyğunlaşdırılmalıdır.

Sığamaq. “Kitabi-Dədə Qorqud” dastanının mətnində sığamaq sözü işlənib: Üç qatla yarasın əlilə sığadı (13, 39). Bu cümlə müasirləşdiri­lərkən sığamaq sığallamaq kimi müasir Azərbaycan dilinə uyğunlaşdı­rılıb: Üç dəfə yarasını əliylə sığallayıb: “Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir” – deyib yox oldu (13, 137).

Məhərrəm Ergin sığamaq sözünü sığallamaq kimi izah etmişdir (21, 266).

Əvəz Sadıqov “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə sığamaq sözünü belə izah edir: “Sığamaq. Sığallamaq. Əllərini-barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdirərək onu tumarlamaq” (14, 158). “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda “sığamaq” sığamaq, sıxmaq mənasın­da işləndiyi göstərilir (15, 194).

İlk öncə onu qeyd edək ki, “sığamaq”la “sığallamaq” eyni məna kəsb etmir. Onların arasında çox incə məna fərqi var.

Sığallamaq “əllərini, barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdi­rərək onu hamar şəklə salmaq, düzəltmək”, “tumarlamaq” mənalarını bildirir (5, 84).

Qərbi Azərbaycanın Cəmbərək və Qafan şivələrində “əl ilə bərk for­mada sığallamaq” mənasında işlənən sığamaq sözü işlənir (7, 326). Əslində sığamaq qədim dövr dilimizdə işlənib və xalq danışıq dilində bu gün də işlənir. Həmin söz dialektlərimizdə qorunub saxlanmışdır. Təəs­süflə qeyd edək ki, bu söz nə “Azərbaycan dilinin izahlı lüğəti”ndə, nə də “Azər­baycan dilinin dialektoloji lüğəti”ndə (2007) əksini tapıb. “Azər­baycan dilinin dialektoloji lüğəti”nin 1964-cü il nəşrində sığamaq Qafan və Gəncə şivələrində “sığallamaq” mənasında işləndiyi göstərilmişdir və nü­munə kimi İnəyin məməsini sığamasan eydirməz cümləsi verilmişdir (1, 363).

Fikrimizcə, “Kitabi-Dədə Qorqud”da işlənmiş “Üç qatla yarasın əlilə sığadı” cümləsi müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən sığamaq olduğu kimi saxlanılmalı və həmin cümlə “Üç dəfə yarasını əliylə sığadı” kimi saxlanılmalıdır. Çünki sığamaq “Dastan”da başqa bir mətndə də işlənmiş və həmin mətn müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən olduğu kimi saxlanılmışdır.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin