Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə79/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   75   76   77   78   79   80   81   82   ...   91
İşin elmi nəticəsi: Göründüyü kimi, Azərbaycan xalqının ən əziz bay­ramı olan Novruz milli dövlətçilik ənənələrimizin inkişafına həmişə xid­mət etmiş və bundan sonra da əbədi ideoloji dəyər kimi öz tarixi mis­siyasını yerinə yetirərək, milli varlığımızın inkişafına daim öz töhfəsini verəcəkdir.

İşin elmi yeniliyi: Təhlil göstərdi ki, Novruzun tarixi çox qədimdir. Təd­qiqatçılar bu tarixi nə qədər dərinə aparırlarsa, Novruz bayramının ta­ri­xi sanki tükənmir. Çünki bu, bir ilbaşı bayramıdır. İnsanlar ilin də­yiş­məsini ibtidai icma dövründən qeyd etmiş, soyuq, ərzaq qıtlığı, səfalətlə dolu qışdan sonra yazın gəlişini böyük bir sevinc hissi ilə qarşılamış və bunu müxtəlif mərasimlərlə qeyd etmişlər. İctimai-iqtisadi formasiyalar də­yişdikcə təqvim düşüncəsi daha da inkişaf etmiş, bu əsasda Novruz bay­ramı xalqların və onların dövlətlərinin həyatında öz yerini daha da möh­kəm­lətmiş, yeni-yeni adət və ənənələrlə zənginləşmiş, məzmun və forma­ca əlvanlaşmışdır. Bu tarixi-mədəni prosesdə Novruz hər bir xalqın öz milli həyat tərzinə, milli dünyagörüşünə, adət-ənənələrinə uyğun şəkillər al­mışdır. Elə bu səbəbdən də orta əsrlər tarixi mənbələrində Novruz bay­ra­mı hər xalqın öz milli ənənələri, o cümlədən hər xalqın öz dövlətçilik ənənəsi ilə bağlı bayram kimi təqdim edilməkdədir.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin