Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●


NOVRUZ BAYRAMI VƏ MİLLİ DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə81/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   77   78   79   80   81   82   83   84   ...   91
NOVRUZ BAYRAMI VƏ MİLLİ DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİ

X Ü L A S Ə

Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olmuşdur. Bu bayram mifoloji-əfsanəvi xarakterli qay­naqlarda Azərbaycan torpağı ilə bağlı təqdim olunur. Orta əsrlər tarixi qaynaqların, verdiyi bilgilərə görə, Novruz bayramı özünün dövlətçilik ənə­nəsi ilə bağlılığını sonrakı əsrlərdə daha da gücləndirmişdir. Bayram XX əsrə qədər Azərbaycanda böyük coşqu ilə qeyd edilmişdir. Şimali Azər­baycan Rusiya imperiyasının tərkibində olduğu XVIII-XIX yüzillik­lərdə çar hakimiyyəti bayramı rəsmi dövlət səviyyəsində qeyd etməsə də, onun xalq tərəfindən keçirilməsinə heç bir maneçilik törətməmişdir. XX əsrin əvvəllərində rus imperiyasında baş verən dalbadal inqilablar nəti­cə­sində çar höküməti çökmüş və Şimali Azərbaycanda qurulan Azərbaycan Xalq Cümhuriyyəti də Novruz bayramına böyük əhəmiyyət vermiş, onu milli ideologiyanın qaynaqlarından biri hesab etmişdir. SSRİ dövründə Nov­ruz bayramı qadağan olunmuşdur. XX əsrin sonlarına doğru Şimali Azər­baycanın öz müstəqilliyinə qovuşması ilə Novruz bayramı da milli əsarətdən xilas oldu. Novruz bayramının 2009-cu ilin 30 sentyabrında YUNESKO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siya­hı­sına daxil edilməsi Azərbacan dövlətinin bütün dünyada böyük uğuru ol­du. Bu bayramın Azərbaycan dövlətçilik ənənələrinin inkişafında ən bö­yük rolu Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında martın 21-nin bütün dünyada «Beynəlxalq Novruz günü» elan edilməsidir.



Açar sözlər: Novruz, bayram, folklor, mərasim, millilik, dövlətçilik, ənənə


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin