Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə84/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   80   81   82   83   84   85   86   87   ...   91
Ключевые слова: Новруз, праздник, фольклор, националь­ность, государственность, традиция

Məleykə MƏMMƏDOVA

AMEA Folklor İnstitutu

mmeleyke@gmail.com
BƏNÖVŞƏ” UŞAQ OYUNUNUN TİPOLOJİ XÜSUSİYYƏTLƏRİ XALQ İNANCLARI KONTEKSTİNDƏ
Məsələnin qoyuluşu. Xalq inancları kontekstində “Bənövşə” uşaq oyunu və onun tipoloji xüsusiyyətləri.

İşin məqsədi. “Bənövşə” uşaq oyununun xalq inancları konteks­tin­də araşdırılması, onun tipoloji xüsusiyyətlərinin öyrənilməsi.
İnsanların həyatında uşaqlıq dövrü oynadıqları oyunların əhəmiy­yəti böyükdür. Belə ki, bu oyunlar uşaqların fiziki, əqli, psixi və sağlam inkişafında böyük rol oynamaqla yanaşı, həm də eyni zamanda onlara bir çox müsbət keyfiyyətlər, gözəl vərdişlər qazandırır. Belə oyunlardan biri də “Bənövşə oyunu”dur. Oyun iki dəstə və ya komanda arasında aparılır. Dəstə üzvləri bir-birinin əllərindən yapışaraq rəqib komanda ilə üz-üzə dururlar. Bu oyun diqqət, bacarıq və məharət tələb edir. Oyunda əsas məq­­səd rəqib dəstənin bəndini qırmaq, üzvlərini ələ keçirməklə öz gücünü artırmaq, rəqibi məğlub etməkdir. Ona görə də oyun zamanı rəqib ko­manda tərəfindən onlara hücum edib səfi (bəndi) yarmaq üçün elə uşaq-oyun­çu seçməyə çalışılır ki, o bu işin öhdəsindən gələ bilməsin. Oyunun maraqlı cəhəti də burasındadır ki, hücumçunu seçmək rəqib komandanın öh­dəsinə buraxılır. Əgər rəqib komanda qüvvələrin nisbətini düzgün müəyyənləşdirə bilirsə, ilk həmlələrdən zəif oyunçuları ələ keçirə bilirsə, rəqibə fiziki və mənəvi zərbə vurmuş olur. Bu da özlüyündə oyunun gələ­cək taleyini çox zaman rəqib komanda üçün çıxılmaz vəziyyətə gətirir. Göründüyü kimi, oyun uşaqları həyatla üzləşdirir. Necə ki, həyat müba­ri­zə­lərlə doludur, oyun da elə. Gücü, bacarığı olan oyunda yaxşı mübarizə apararaq qalib gəlir. Həmçinin oyun iki qrup halında oynanıldığı üçün hər kəs öz dəstəsinin qalibiyyəti uğrunda mübarizə aparır. Bu da uşaqlarda mübarizlik, şücaətlə yanaşı, birlik, komanda ruhunu aşılayır. XIX əsrdə qeydə alınmış və şimal-qərb rayonlarımızda “bənövşə, bənövşə”, “qıy­qı­lınc”, “qınqılış”, “mənöğşə” (2, 222-223) kimi adlarla da bilinən bənövşə oyunu bu gün də uşaqlar tərəfindən sevilərək oynanılmaqdadır.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin