Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə85/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   81   82   83   84   85   86   87   88   ...   91
Oyunun oynama qaydası: “Bənövşə” uşaqlıq dövrünün unudul­maz hadisələrindən biri kimi insanın əqli inkişafı ilə birlikdə fiziki cəhətdən sağlam və gümrah böyüməsində mühüm əhəmiyyət kəsb edən oyun növlərindəndir. Bu oyun Azərbaycanın demək olar ki, bütün böl­gələrində - Naxçıvanda (7, 452), Şəkidə (5, 415), Qarabağda (13, 43), Göyçədə (3, 748), İrəvan çuxurunda (4, 433), Ağbabada (6, 241) və b. yer­lərdə geniş yayılmışdır. Həmçinin bənövşə oyunu Anadoluda (9, 204) da uşaqlar tərəfindən sevilir və maraqla oynanılır. Oyunun Anadolu və Azər­baycan variantını nəzərdən keçirərkən məlum olur ki, hər iki məkan­da oynama qaydaları, demək olar ki, eynidir. Fərqlilik sadəcə oyunda söy­lənən təkərləmələrdə müşahidə olunur. Hər iki variantda oyun belədir: Uşaqlar bərabər sayda iki dəstəyə ayrılır və hər iki dəstə bir-birindən 10-15 m məsafədə üzbəüz dayanıb əl-ələ tuturlar. Sonra isə hər iki dəstə bir-biriylə deyişməyə başlayır:

I dəstə deyir: ‒ Bənövşə,

II dəstə cavab verir: ‒ Bəndə düşər!

I dəstə: ‒ Bizdən sizə kim düşər?

II dəstə: ‒ Adı gözəl, özü gözəl filankəs və ya sizdən bizə filankəs düşə (qarşı dəstədəki oyunçularından birinin adını söyləyirlər). Azərbay­can variantından fərqli olaraq Anadolu variantında isə oyunun sözləri belədir: “Mənəkşə, məndilim yerə düşə (və ya məndilim köşə- köşə), bizdən sizə kim düşə?”. Hər iki variantda adı çəkilən oyunçu qaçaraq qar­şı dəstədə əl-ələ tutan iki nəfərin əllərini bir-birlərindən ayırmaq məqsədi ilə bərk vurub keçir. Əgər güc verərək vurduğu iki uşağın əllərini ilk vuruşda aça bilirsə, oradan istədiyi birini özü ilə dəstəsinə aparır. Ayıra bilməsə, özü həmin dəstədə qalır. Hansı komanda uşaqların hamısını öz dəstəsində saxlaya bilsə, o dəstə oyunda qalib gəlir və oyun bitmiş olur.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin