(Metodik-nəzəri aspektlər) Məsələnin qoyuluşu. Mərasim folkloru şifahi xalq ədəbiyyatında geniş təhlil olunsa da, onun tədrislə bağlı medodik-nəzəri aspektləri işlənməmişdir. Mərasim folklorunun tədrislə bağlı xüsusiyyətlərini tələbələrə çatdırmaq metodoloji hazırlıq tələb edir. Yeni təlim texnologiyalarının köməyi ilə mərasim folklorunu, onun məzmununu, nəğmə sistemini slayd və s. texniki imkanlarla mühazirəçi müəllim auditoriyaya təqdim etməlidir.