Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●


Çəkmədən çıxır – Təpəgözü gözdən mərhum edir



Yüklə 1,4 Mb.
səhifə67/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   63   64   65   66   67   68   69   70   ...   91
Çəkmədən çıxır – Təpəgözü gözdən mərhum edir.

Mağaradan sonra Təpəgözü ölümsüzlüyün simvolu olan üzük­dən mərhum edir.

Kümbəzdən xilas olduqdan sonra Təpəgözün başının kəsilməsi sir­rinə nail olur.

Təpəgözün tədrici, ritual mahiyyətli ölümünü prof. K.Abdulla sim­volik planda “Təpəgözün intihar arzusu” başlığı altında təhlil edərək ya­zır: “... Təpəgöz Basata qədər dəfən-dəfən özü-özünü öldürüb” (14, 320). Alimin gəldiyi bu nəticə Təpəgözün ritual mahiyyətli, tədrici ölüm fikrini də təsdiq edir.

Burada maraq doğuran başqa bir cəhət Təpəgözün öz qılıncı ilə öl­dürülməsidir. Bu məqamda qılınc onun “ölümünün açarı”, canının sirri kimi mağarada gizlədilmişdir. Təpəgöz o qılıncın yerini (canının yerini) yalnız özü bilir. Yalnız Basat ritual çevrilmələr vasitəsi ilə “Təpəgöz dün­yası”na qalib gəlir və üç mərhələni keçəndən sonra bu dünyanı tam ram edə bilir. Bu isə sonda Basatın qılıncı (canın açarını) əldə edə bilməsi kimi metaforikləşmişdir.

Daha sonra təsvir olunur ki, “Basat qalqıb yerindən turı gəldi. Buğra kibi Dəpəgözi dizi üzərinə çökürdi. Dəpəgözin kəndü qılıncıilə boynunu urdı. Dəldi yay kirişinə taqdı. Süriyi-süriyi mağara qapısına gəldi. Bunlı qoca ilə Yapuğlı qocayı Oğuza muştçı göndərdi. Ağ boz atları atlar binü­bən yortışdılar. Qalın Oğuz ellərinə xəbər gəldi” (1, 146). Burada başın kəsilməsi təsadüfi deyildir. Baş həyat simvoludur. Məhz bununla əlaqə­dar­dır ki, folklor obrazının ölümü başının kəsilməsi, dirilməsi isə başının bitiş­məsi ilə baş verir. Təpəgözün başı kəsildikdən sonra onun başının ma­ğa­radan çıxarılması isə Basatın xaosa qalib gəlməsini və yenidən do­ğul­masını simvolizə edir. Bunlı və Yapuğlı qocanın Oğuz cəmiyyətinə muş­tuluq­çu gəlməsi isə təsadüfi olmayıb onların əvvəldə bəhs etdiyimiz me­diatorluq funksiyası ilə bağlıdır.

Təpəgözün “dölü” ətrafında ritual keçirərək onu cəmiyyətə qəbul edən Oğuz bəyləri ölümü simvolizə edən kəsilmiş baş ətrafında keçir­dik­ləri ritual vasitəsi ilə Təpəgözü Oğuz cəmiyyətindən kənarlaşdırırlar: “Qa­lın Oğuz bəgləri yetdilər. Sallaxana qayasına gəldülər. Dəpəgözin başını ortaya gətürdilər. Dədə Qorqıd gəlübən şadlıq çaldı. Gazi ərənlər başına nə gəldigin aydı verdi. Həm Basata alqış verdi:

Qara tağa yetdügündə aşıt versün!

Qanlı-qanlı sulardan keçüt versün dedi ” (1, 147).

Bu alqış təsadüfi olmayıb xaosa səfər edən qəhrəmana edilən al­qışdır. Belə ki, mifoloji düşüncədə xaosa gedilən yolda qanlı-qadalı çay­la­rı və dağları keçmək lazımdır. Məhz bu deyimdə Basatın xaosa səfər et­məsinə işarə edilmiş, ona səfər zamanı həmin maneələri daha rahat şəkildə keçməsi arzu olunmuşdur.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin