Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz
XÜLASƏ
Məqalədə Ulu öndər Heydər Əliyevin Folklor irsininin qorunması, təşkili və tətbiqi işinin təkmilləşdirilməsi üçün dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsinin təşkili məsələləri və onun öz münasibəti əsas yer tutur. Folklor abidələrinin qorunması,rekonstruksiya olunması, folklor əsərlərinin nəşri, xalq mərasimlərinin, milli bayramların rəsmi olaraq qeyd olunması, abidələrin və el sənətkarlarının yubileylərinin keçirilməsi, xalq tamaşaları, oyunlar, yarışlar və s. tətbiqi, təbliği və tətqiqinin dövlət səviyyəsində həyata keçirilməsinin Heydər Əliyevin mənəvi quruculuq siyasətinin əsas təmayyülü kimi diqqət mərkəzində olması da məqalədə vurğulanır. Heydər Əliyev xalq yaradıcılığına mənəvi dəyərlərin qorunduğu mühüm qaynaq kimi baxması, xalq təfəkkürünü qoruyub araçdıran alim və elm xadimlərinə rəhbər diqqəti, ”Kitabi Dədə Qorqud” dastanının 1300, “Füzuli 500” yubileylərinin keçirilməsinə məqsədi məqalədə qeyd olunur.
Məqalədə Ulu öndər Heydər Əliyevin mənəvi mədəniyyət fəlsəfəsi görkəmli alim və siyasi xadimlərin dilində şərh olunur. Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şəmşir kimi xalq sənətini yaradı-yaşadanlar haqqında məqalədə şərhlər verilib.
Açar sözlər: Heydər Əliyev, Xalq yaradıcılığı, folklorun qorunması, mənəvi mədəniyyət fəlsəfəsi.
Dostları ilə paylaş: |