“Dəlinamə” hekayəti orta əsrlərdə müəllifi məlum olmayan ən çox yayılan xalq ədəbiyyatı nümunələrindən biridir. Hekayətin Əlyazmalar İnstitutunda 9 nüsxəsi saxlanılır. Çağdaş dövrümüzə gəlib çatmış hekayətin nüsxələri XIX və XX əsrin əvvəllərində köçürülmüşdür. “Dəlinamə” hekayətinin ideya-məzmunu uzun müddət müsəlman Şərqində və Azərbaycanda İslam dininin təbliğinə və xalqların dini, əxlaqi dünyagörüşünün formalaşmasına xidmət etmişdir. Hekayətin mövcud nüsxələrinin son yüzilliklərdə köçürülməsinə baxmayaraq, dil və üslub xüsusiyyətləri, mətninin arxaizmlərlə zənginliyi onun daha əvvəllər köçürüldüyünü deməyə əsas verir.
Aşar sözlər: Dəli, hekayət, xalq ədəbiyyatı, Tanrı, Cəbrail, suçlu.