İşin elmi nəticəsi. Məqalədə belə bir qərara gəlinmişdir ki, İsmayıl Şıxlı fenomeninin əsasında dayanan, onun böyüklüyünü şərtləndirən ən mühüm amillərdən biri, bəlkə də, birincisi onun folklora, xalq müdrikliyinə bağlılığı olmuşdur. Zəngin folklor potensialı onun həm şəxsiyyətinin, həm də bədii və publisistik yaradıcılığının əsasında dayanır.
İşin elmi yeniliyi. Məqalədə İsmayıl Şıxlının yaradıcılığının ən əsas istiqamətləri, ictimai fəaliyyətinin ən mühüm məqamları, şəxsiyyətinin ən xarakterik cəhətləri üzərində elmi müşahidələr əsasında milli xarakterli şəxsiyyətin və bədii fakturanın formalaşmasında folklorun rolundan və iştirakından mümkün qədər elmi və sistemli bəhs edilir.