İşin elmi nəticəsi. “Basatın Təpəgözi öldürdiyi boy”un simvol dilinin oxunuşu vasitəsi ilə boyda iki səviyyədə qarşıdumanın olduğu müəyyənləşdirilmişdir: süjetüstü və süjetaltı. Bundan əlavə boyun ritual sferası da araşdırılmış və müəyyən olunmuşdur ki, bütöv boy vahid ritualın, Təpəgözün cəmiyyətə qəbul olunması və qovulması əsasında qurulmuşdur.
İşin elmi yeniliyi.“Basatın Təpəgözi öldürdiyi boy” psixoanalitik və semiotik metodla araşdırılmışdır. Boyun informasiyadaşıyıcılıq qabiliyyətinə performans nəzəriyyəsinin müddəalarına əsasən nəzər salınmış, boyun alt və üst səviyyəyə aid olan informasiya tipləri müəyyənləşdirilmişdir.