İşin tətbiqi əhəmiyyəti. Məqalədən folklorşünas və ədəbiyyatşünaslar, həmçinin publisistik məqsədlərlə jurnalistlər istifadə edə bilər.
ƏDƏBİYYAT
1. Cəfərov N. İsmayıl Şıxlı, yaxud müdrikliyin poetikası, N. Cəfərov. “Seçilmiş əsərləri”, Vcilddə, V c., Bakı: Elm, 2007, 320 s.
2. Orucov Y. Nəsrimizin Cahandar ağa mücəssəməsi. “Yeni Azərbaycan”, 14 aprel 1994-cü il.
3. Cəfərov N. İsmayıl Şıxlı, yaxud mənalı ömrün dastanı, N. Cəfərov. “Seçilmiş əsərləri”, V cilddə, II c., Bakı: Elm, 2007, 352s.
İSMAYIL ŞIXLI: ŞƏXSİYYƏTİN FOLKLOR TİPOLOGİYASI
(EPOS MƏNTİQİNDƏN “DƏLİ KÜR”Ə APARAN YOLLAR)
Xülasə
Məqalədə İsmayıl Şıxlının ictimai fəaliyyətində və yaradıcılığında (“Dəli Kür” romanı istisna olmaqla) zəngin xalq yaradıcılığından istifadə onun bioqrafiyasının ən mühüm detalları üzərində ümumiləşdirmələr əsasında təhlilə cəlb olunmuşdur. Həmçinin folklor təfəkkür modellərinin İsmayıl Şıxlı yaradıcılığında epik təzahür spesifikası, ictimai görüşlərində bu modellərin fəal iştirakı da təhlilə cəlb edilən məsələlərdəndir.
Açar sözlər: epos məntiqi, folklor modelləri, epik təfəkkür, yazılılıq, şifahililik
Dostları ilə paylaş: |