Mürəkkəb zülalların təsnifat prinsipləri. Metallı proteinlər.
Fosfoproteinlər – kimyəvi quruluşu, əsas nümayəndələri. Süddən kazeinogenin alınması (lab. işi).
Qlikoproteinlər – zülal və karbohidrat arasında rabitə növləri. Karbohidrat komponentinin quruluşu və onların zülalın funksiyasının həyata keçirilməsində əhəmiyyəti.
Qlikoproteinlərin bioloji rolu. Ağız suyundan mutsinin alınması və karbohidrat komponentlərinin aşkar edilməsi üçün rəngli reaksiyaları (lab. işi).
Xromoproteinlər, növləri və həyat fəaliyyəti proseslərində onların rolu (hemproteinlər, flavoproteinlər). Hemin quruluşu. Hemin kristallarının alınması (lab.işi).
Hemoqlobin, struktur xüsusiyyətləri, heterogenliyi və onun tipləri, kooperativlik effekti. Müxtəlif kimyəvi amillərin hemoqlobinin funksiyasına təsiri: Bor effekti.
Hemoqlobinin fizioloji və patoloji növləri. Hemoqlobinə aid reaksiyalar: benzidin və qvoyakol sınaqları (lab. işi).
Mioqlobin, struktur xüsusiyyətləri və hemoqlobindən fərqli cəhətləri. Hem molekulunda olan dəmirin təyini (lab. işi).