Adi-gündəlik idrak və bilik ilk növbədə müşahiəyə əsaslanıb empirik xarakter daşıyır.
Praktiki bilik elmi idraaka çox yaxındır. Onlasrın arasındakıl fərqlər əsasən məqsədlərin yönəlişliyindədir. Elmi idrakın əsas fiquru alimdirsə, praktiki biliyinki mühəndis və ya menecerdir. Alimin məqsədi qanunauyğunluğu, ümumi prinsipi kəşf etmkdirsə, mühəndisin məqsədi yeni bir şeyi (cihazı, qurğunu, kompüter proqramını və s..) yaratmaqdır. Dünyanı dəyişməklə praktika insanın özünü də dəyişdirir. Praktika sosiallıqıla bağlıdır.