Hissi və empirik idrak eyni şey deyildir. Hissi idrak – predmetlərin xassələrinin duyular və qavrayışlar halında biliyə deyilir. Bu xassələr bilavasitə hissiyat orqanlarımızla əks olunur. Məsələn, mən uçan təyyarəni görürəm və bunun nə olduğunu bilirəm Empirik bilik predmetlərin bilavasitə deyil, dolayı da əksi ola bilər. Məsələn, mən görmədiyim hansısa obyektin vəziyyəti haqqında mənə məlumat verən cihazın göstəricisini görürəm. Başqa sözlə, idrakın empirik səviyyəsi müxtəlif cihazların istifadəsi ilə bağlıdır. O, müşahidəni, sənədlərdən istifadəni və s. nəzərdə tutur. Məsələn, tarixşünas arxivlə və digər mənbələrlə iş aparır. Bir sözlə, bu. Idrakın daha yüksək səviyyəsidir.