Analiz və sintez. İdrak prosesi elə baş verir ki, biz əvvəlcə öyrənilən obyektin ümumi mənzərəsini müşahidə edirik, xırdalıqlar isə kölgədə qalır. Belə olduqda predmetlərin daxili strukturunu və mahiyyətini dərk etmək mümkün olmur. Predmetləri hissələrə ayırmadan idrak mümkün deyil. Analiz sadəcə olaraq predmeti fikrən parçalamaq olmayıb həmin predmetin, hadisənin mahiyyətinə nüfuz etmək deməkdir. Təfəkkürün zəruri priyomlarından olan analiz idrak prosesinin məqamalrından yalnız biridir.
Hər bir iblik sahəsində obyekti paraçalama həddi olur. Bu həddən sonra biz yeni xassələr və qanunauyğunluqalr aləminə keçid almış oluruq. Analiz yolu ilə ayrı-ayrı elementlər öyrənildikdən sonra idrakın növbəti, sintez mərhələsi başalyır. Sintez predmetin ayrı-ayrı hissə və elementlərinin fikrən bir tam haslında
birləşdirilməsi demədir. Analiz əsasən hissələri bir-birindən fərqləndirən spesifikliyi, sintez isə hissələri vahid bir tama birləşdirən ümumiini qedə alır.
Analiz və sintez vəhdətdədir: özünün hər bir irəliləyişində bizim təfəkkürümüz analitik olduöu qədər də sintentikdir.
Dostları ilə paylaş: |