Азярбайъанда фялсяфи фикрин инкишаф мярщяляляри


Tarixi və məntiqi metodlar



Yüklə 403,48 Kb.
səhifə28/50
tarix11.01.2022
ölçüsü403,48 Kb.
#110935
1   ...   24   25   26   27   28   29   30   31   ...   50
Tarixi və məntiqi metodlar.Obyektiv məntiqi, obyektin inkişaf məntiqini və məntiqi və tarixi metodları bir-birindən fərqləndirmək lazımdır.

Obyektiv məntiq obyektin ümumi inkişaf xəttini ifadə edir. Obyektiv-tarixi bu qanunauyğunluğun konkret təzahürlərini ifadə edir. Məsəələn, cəmiyyət gəlincə, bu, öz fərdi talelərinə malik olan xalq və ölkələrin real tarixidir.

Obyektiv prosesin bu iki tərəfindən tarixi və məntiqi kimi iki idrak metodu irəli gəlir. İstənilən hadisə yalnız özünün tarixi inkişafında dərk oluna bilər. Predmeti dərk etmək onun yaranma və inkişaf tarixini əks etdirmək deməkdir. Tarix çox vaxt sıçrayışlarla irəliləyir və əgər obyektin tarixini ardıcıllıqla izləməli olsaq, onda çoxlu sayda lazımsız material cəlb etməli olardıq. Buna görə də tədqiqatın məntiqi metoduna da ehtiyac yaranır.

Məntiqi tarixnin ümumiləşdirilmiş əksi olmaqla gerçəkliyi onun qanunauyğun inkişafında əks etdirir, bu inkişafın zəruri olduğunu izah edir. Ümumən məntiqi tarixi ilə üst-üstə düşür: məntiqi təsadüflərdən təmizlənmiş tarixidir.




Yüklə 403,48 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin