Азярбайъанда фялсяфи фикрин инкишаф мярщяляляри



Yüklə 403,48 Kb.
səhifə22/50
tarix11.01.2022
ölçüsü403,48 Kb.
#110935
1   ...   18   19   20   21   22   23   24   25   ...   50
Elmi fakt. Fakt hər hansı bir hadisənin, xassənin və əlaqənin fiksə edilməsnə deyilir. Eynşteynin sözlərinə görə, elm faktlardan başlamalı və onlarla qurtarmalıdır.

Elmi fakt müşahidənin, eksperimentin nəticəsidir: o, obyektlərin birbaaşa müşahidəsinin, cihazların göstəriciləri, şəkillər, təcrübələr, sxemlər, arxiv sənədləri və s. halında çıxış edir. Lakin tikinti materialı hələ bina olmadığı kimi, öz-özlüyündə fakktlar da hələ elm təşkil etmir. Faktlar yalnız seçildikdən, təsnifləşdirildikdən və ümumiləşdirildikdən sonra elmin toxuamlarına yeriidlir. Elmi idrakın vəzifəsi bu faktın yaranma səbəblərini üzə çıxarmaq, onun əsas xassələrini aşkarlamaq və fakktlar arasında qanunauyöun əlaqələri təyin etməkdir.

Faktda təsadüflər də çox olur. Elmi isə il növbədə ümumi, qanunauyğunluq maraqlandırır. Elmi təhlili üçün əsas tək bir fakt yox,əsas tendensiyanı əks etdirən bir çox faktlardır. Faktlar toplusundan problemin dərki üçün lazım olan bəziləri seçilməlidir. Faktlar onları şərh edən nəzəriyyə və təsnifləşdirmə metodu olduqda, onların digər faktlarla əlaqələri dərk oluduqda elmi əhəmiyyət kəsb edə bilir. Yalnız qarşılıqlı əlaəqlərdə və tamlıqda götürülmüş faktlar nəzəri ümumiləşdirmələr üçün əsas ola bilər. Həyatdan qoparılaraq təcrid olunmuş faktlar heç nəyi əsaslandıra bilmz.


Yüklə 403,48 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin