Азярбайъанда фялсяфи фикрин инкишаф мярщяляляри



Yüklə 403,48 Kb.
səhifə27/50
tarix11.01.2022
ölçüsü403,48 Kb.
#110935
1   ...   23   24   25   26   27   28   29   30   ...   50
Modelləşdirmə. Müasir elmi idrakın əsas xüsusiyyətlərindən biri modelləşdirmə metodunun rolunun artmasıdır. Modelləşdirmə vasitəsilə bir prosesi öyrənməklə tədqiqi bilavasitə mümkün olmayan və ya çətin olan digər bir analoji prosesin xarakteri haqqında mülahizə yürüdülür. Məsələn. Təyyarənin modelinin xassələrini tədqiq etməklə biz təyyarənin özünün xassələrini dərk etmiş oluruq.

Modelləşdirmə analogiyaya əsaslanır. Model öyrənilən obyekt və ya hadisənin oxşar cəhətlərini əks etdirir. Model obyektin bir və ya bir sıra xassələrinin digər predmet və hadisələrin köməyi ilə imitasiyasına deyilir. Buna görəə də oriqinalın tələb olunan xüsusiyyətlərini təkrar edən hər bir obyekt moodel ola bilər. Əgər model ilə orijinal eyni fiziki təbiətə malikdirlərsə, onda bu, fiziki modelləşdirmə

adlanır. Hadisə də modelləşdirilən obyekt kimi eyni tənlik sistemində təsvir olunarsa, bu, riyazi modelləşdirmə adlanır.

Modelləşdirmə zəruri olaraq modelləşdirilən obyektin müəyyən qədər sadəələşdirilməsi ilə bağlıdır. Bununla belə onun çox böyük evrisitik potensialı var.Modelləşdirmədən ona görə geniş istifadə olunur ki, o, orijinalın özünün olmadığı təqdirdə orijinala xas olan prosesləri öyənmək imkanı verir. Məsələn, obyektin öyrənilməsi maddi məsrəflərlə bağlı olduqda, və yaxud obyekt əlçatmaz olduqda modelləşdirmədən istifadə olunur. Modelin idraki funksiyaları ondan ibarətir ki, orijinal ilə müqayisədə onu yaratmaq, onun üzərində eksperimentlər aparmaq asandır.

İdraki fəaliyyətdə formallaşdırma da mühüm əhəmiyyət kəsb edir. Formallaşdırma məzmunca müxəlif olan proseslərin formalaırının ümumiləşdirilməsinə, bu formaların onların məzmunundan abstraklaşdırılmasına deyilir. Isətnilən formallaşdırma real obyektin bir qədər kobudlaşşdırlması ilə bağlıdır. Formallaşdırmanı yalnız riyaziyyatla, riyazi məntiqlə və kibernetika ilə əlaqəələndirmək düzgün ddeyil. O, insanın praktiki və nəzəri fəaliyyətinin bütün formalarının canına işləməklə yalnəz səviyyələrinə görə bir-birindən fərqlənir. Tarixən o, əmək, təfəkkür və dil ilə birgə yaranmışdır. Bizim adi dilimiz formallaşdırmanın ən zəif səviyyəsini ifadə edir. Mülahizəələrin formasını öyrənən iyaziyyat və riyazi məntiq formallaşdırmanın son həddini kəsb edir.

Mülahizələrin formallaşdırılması prosesi ondan ibarətdir ki, birincisi, bu prosesddə predmetlərin keyfiyyət xaraterisitikaları diqqəətdən kənara qoyulur, ikincisi, mühakimələrin məntiqi forması müəyyən olunur. Xüsusi rəmzlərdən istifadə etməklə adi dilin çoxmənalılığını aradan qaldırmaq olur. Formallaşdırılmış mülahizələrdə hər bir simvol sərt birmənalııdır. Bundan başqa, simvollar adi dildə çox böyük olan və buna görə ə çətin başa düşülən ifadələri daha qısa şəilə yazmaq imkanı verir. Kompüter tərcüməsi, informasiya nəzəriyyəsi və sş kimi elmi-texniki problemlərin işlənilməsində formalaşşdırma metodu əvəzolunmazdır.

Müasir texnika mühüm əhəmiyyətə malik olan formallaşdırmanın daxili imkanları məhduddur. Sübut olunmuşdur ki, istənilən mülahizəni hesablama ilə

əvəz etməyə imkan verən ən ümumi metod mövcud deyildir. Formallaşdırmanın köməyi ilə varlığın fraqmenti birtərəfli, nisbi davamlı vəziyyətdə götürülür. Bununla brelə formalllaşdırmadan müəyyən məzmunu ifadə etmək, dəqiqləşdirmək və açıqlamaq üçün istifadə olunur.




Yüklə 403,48 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin