Азярбайъанда фялсяфи фикрин инкишаф мярщяляляри


Elm. Postindustrial cəmiyyət və elm



Yüklə 403,48 Kb.
səhifə32/50
tarix11.01.2022
ölçüsü403,48 Kb.
#110935
1   ...   28   29   30   31   32   33   34   35   ...   50
Elm. Postindustrial cəmiyyət və elm

Plan.


1.Elmin institutionallaşması

a)Elmin müxtəlif təşkili formalarının yaradılması, onun daxili differensiasiyası və ixtisaslaşması

b) Elmin industrial cəmiyyətin mədəni və sosial sisteminə inteqrasiyası

d) Elmin dəyər və normaları, paradiqmalar və elmi birliklər



2. Bilik postindustrial cəmiyyətdə dəyərin əsas mənbəyi kimi

  1. Postindustrial cəmiyyətdə elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi

  2. “İntellektual sinfin” yaranması


3.Cəmiyyətin inkişafında elmi rasionallığın rolu

  1. Elmi rasionallığın klassik tipi

  2. Elmi rasionallığın qeyri-klassik tipi

d)Elmi rasionallığın post-qeyri-klassik tip



a) Elmi fəaliyyətin ruşeyimləri, tədqiqat fəaliyyətinin ilk təşkili formalarının Şərqin qədim sivilizasiyalarında yaranması. Qədim Yunanınstanın tarixi müxtəlif məktəb və cərəyanların mübarizəsi kimi(Platonun akademiyası, Aristotelin liseonu). Orta əsr elmi tədqiqatların və təhsilin bir-biri ilə qarşılıqlı bağlılığının güclənməsi dövrü kimi. İntibah dövrü dünyəvi mədəniyyətin dindən ayrılması dövrüdür. XII-XIII əsrlərdə Avropada universitetlərin meydana gəlməsi, elmin bir tərəfdən antik mədəni irsə əsaslanması, digər tərəfdən də elmi araşdırmalara eksperimentləşdirmə ruhunu gətirməsi(Leonardo da Vinçi, B.Telezio və b.). İngilis Kral cəmiyyəti, Fransız akademiyası, Rusiya akademiyası alimlərin fəaliyyətinin yeni təşkili formaları kimi. Maarifçilik dövrü elmin dini inaclardan qəti olaraq aralandığı, elmi ideologiya və elmi etikanın formalaşdığı dövrdür.

b)XIX əsrin ikinci yarısı elmin institutionallaşması, onun sosial sistemə, ilk olaraq texniki-industrial kompleksə inteqrasiyası yolunda həlledici mərhələdir. Elmin istehsal ilə sıx birləşməsi cəmiyəytdə elmi idrakın yüksək dəyərə malik olmasının təsdiqlənməsidir. Elmlərin differensiasiyası XIX əsrin sonlarında-XX əsrin əvvəllərində elmin inkişafının digər səciyyəvi cəhətidir. Elmi-tədqiqat fəaliyyəti xüsusi peşə kimi. XX əsrin ikinci yarısında elmin inkişafında aşağıdakı əsaslı ziddiyyətlər meydana gəlir:

– dünyanın vahid mənzərəsinin strukturu ilə elmi biliyin özünün strukturundakı daxili ziddiyyətlər, elmi paradiqmaların bir-birini əvəz etməsi haqqında təsəvvürlərin meydana gəlməsi (T.Kunun, K.Popperin və b. əsərləri);

– elmi biliyin sürətlə inkişaf etməsi, onun istehsal vasitələrinin texnolojiləşməsi dünyanın mənzərəsinin parçalanmasına, müvafiq olaraq, peşə sahələrinin də çoxlu sayda ixtisaslara bölünməsinə gətirib çıxardı;

– müasir cəmiyyətin polikultur səciyyə alması. Məlum olur ki, ənənəvi elmi modellər yalnız məhdud diapazonda, yəni ümumi, universal olanı qeydə almağın lazım olduğu yerlərdə “işləkdir”.

d) Sosial təsisat kimi elm elm sferasında davamlı davranış formalarını şərtləndirən sosial norma və mədəni nümunələrin məcmusudur. R.K.Mertona görə, “elmin etosuna” aşağıdakı norma və dəyərlər daxildir: universallıq, kollektivçilik, qərəzsizlik, mütəşəkkil skeptisizm. Elmi birliklə elmi-tədqiqat fəaliyyətinin xarakteri arasında müəyyən paradiqmadan irəli gələn əlaqəlilik vardır. Paradiqmaya daxili nəzəri qanun və prinsiplər, öyrənilən obyektlər haqqında müəyyən fəlsəfi fərziyyələr, nəzəri təfəkkürün məntiqi haqqında bəzi fərziyyələr (məntiqi sadəlik, dəqiqlik) və elmi problemlərin həlli modelləri daxildir (T.Kun).

2. a) Postindustrial cəmiyyətdə biliklərin dəyərinin sürətlə artması nəticəsində bu dəyər bir çox kompaniyaların, xüsusən də yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən kompaniyaların ümumi bazar qiymətinin əsas hissəsini təşkil edir. Yeni məhsulların yaradılması, səmərəliliyin yüksəldilməsi, istehsalın həcminin artırılması – bütün bunlar postindustrial iqtisadiyyatda biliklərin tətbiqinin nəticəsidir.

b) Postindustrial cəmiyyətdəki elmi mühitdə qəbul olunmuş etik və motivasiya prinsipləri bu və ya digər dərəcədə geniş sosial təbəqələr tərəfindən mənimsənilir və elmin, sahibkar və siyasi elitaların “intellektuallar sinfi” adlanan birliyi yaranır. Elmi tərəqqi həm ayrı-ayrı postindustrial millətlərin çərçivəsində, həm də dünya miqyasında təhlükəli sosial təbəqələşmənin amilinə çevrilir. Maddi bərabərsizliyin əvvəlki formaları ilə müqayisədə bu təbəqələşmənin əsasını insanların yaradıcı potensialının reallaşması təşkil edir.

3. a)Elmi rasionallığın klassik tipinin (XVII-XVIII əsrlər) obyektin nəzəri izahında və təsvirində subyektə (tədqiqatçıya), onun tətbiq etdiyi vasitə və həyata keçirdiyi əməliyyatlara aid olan hər şeydən mücərrədləşmənin, eliminasiyanın dünya haqqında obyektiv biliklərin əldə olunmasının zəruri şərti hesab etməsi.

b) Qeyri-klassik təbiətşünaslığın qərarlaşması ilə əlaqədar (XIX əsrin sonu-XX əsrin ortaları) elmi rasionallığın qeyri-klassik tipi (tədqiqatın nəticələrinin alimin tətbiq etdiyi vasitələrin xarakterindən və öyrənilən obyektin məruz qaldığı əməliyyatların spesifikasından asılılığının nəzərə alınması) formalaşır.

d) Mürəkkəb, özüinkişafda olan sistemlərin öyrənilməsi postqeyri-klassik elmin səciyyəvi cəhətlərindəndir.Buna müvafiq olaraq elmi rasionallığın postqeyri-klassik tipi alimin fəaliyyətini daha geniş rakursda götürərək obyekt haqqında biliklərimizin təkcə tədqiqat vasitələrindən və əməliyyatlardan deyil, həmçinin alimin həm elmdaxili, həm də sosial oriyentasiyasından asılılığını vurğulayır .

Ədəbiyyat

1. Novaə tехnokratiçеskaə volna na Zapadе. Pod rеd. P. S. Qurеviça. M.: Proqrеss, 1986 q.

2. Bеll D. Trеtğə tехnoloqiçеskaə rеvolöüiə i её vozmojnıе soüialğnıе poslеdstviə. – M., 1990.

3. Bеll D. Qrəduhее postindustrialğnoе obhеstvo. Opıt soüialğnoqo proqnozirovaniə. Moskva, 1999.

4. İnozеmüеv V.L. Covrеmеnnoе postindustrialğnoе obhеstvo: priroda, protivorеçiə, pеrspеktivı. Uç. Pos. dlə studеntov vuzov.- M., Loqos, 2000. – 304 s.

5. Kastеlğs M. İnformaüionnaə gpoхa: gkonomika, obhеstvo, kulğtura. M., 2000.

6. Ugbstеr F. Tеorii informaüionnoqo obhеstva / Pod. rеd. Е.L. Vartanovoy. – M.: Aspеkt Prеss, 2004.


Yüklə 403,48 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin