АЗЯРБАЙCАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
Физика факüлtяси
Исtигамяtин шифри вя ады: ТЕМ: 030000 Физика
Ихtисасын шифри вя ады: ТЕМ: 030032 Нанощиссяcиклярин физикасы
Наноmаtериалларын киmйяви физикасы кафедрасынын mаgисtранtы
Məlikova Lalə Vaqif qızının
маэисtр елми дяряcяси алmаг цчцн
“CdS/PVS və CuS/PVS polimer matris əsasında nanokompozitlərin dielektrik spektroskopiyası ”
мювзусунда
D İ S S E R T A S İ Y A İ Ş İ N İ N
R E F E R A T I
Elmi rəhbər:
Fizika riyaziyyat elmlər namizədi,
Muradov Mustafa Bayram oğlu
Kafedra müdiri:
Fizika riyaziyyat elmlər doktoru, professor
Рamazanov Мəhəmmədəli Яhməd oğlu
BAKI - 2011
REFERAT
Yeni xassəli material almaq üçün müxtəlif materialların hibridləşməsi hər zaman tədqiqatçıların maraq obyekti olmuşdur. Belə ki, çox vaxt alınmış materiallar təcrübə üçün lazımi keyfiyyətləri özündə əks etdirmir. Nanotexnologiyanın məhsulu olan kompozit materiallar hal-hazırda elm adamlarının diqqətini cəlb edir. Kompozit material dedikdə kimyəvi tərkibi və strukturu ilə fərqlənən iki və daha çox fazanın birləşməsi başa düşülür. Kompozit materiallardan daha çox tədqiq olunanı isə polimer matris əsasında alınmış kompozit materiallardır. Bu materiallar fiziki, kimyəvi, optik, elektrik xassələrinə görə digər kompozitlərdən fərqlənir. Son zamanlar yarımkeçirici nanohissəciklərin polimer matrisdə yerləşdirilməsi yolu ilə yeni xassələrə malik kompozit materiallar alınır. Yarımkeçirici nanohissəcikləri polimer matrisada yerləşdirdikdə polimerin fiziki, kimyəvi xassələri dəyişir, onda yeni xassələr yaranır. Bu da həmin materialların sənayenin müxtəlif sahələrində istifadə olunmasına şərait yaradır. Bunun üçün isə bu tip materialların alınma texnologiyalarının təkmilləşdirilməsi, yeni və daha sadə alınma üsulları kəşf edilməsi vacib məsələlərdən biridir. Baxılan işdə istifadə olunan CdS/PVS və CuS/PVS polimer matris əsasında alınmış nanokompozit materiallardır. Bu materiallar laylı ion hemosorbsiyası və reaksiyası üsulu (SİLAR) vasitəsilə alınmışdır.
Tədqiqatın məqsədini jelatindən hazırlanmış polimer matrisə yarımkeçirici materialların daxil edilməsi ilə alınmış nanokompozitlərin dielektrik xassələrinin tezlikdən, temperaturdan və fazaların konsentrasiyasından asılı olaraq necə dəyişdiyini tədqiq etmək təşkil edir.
Dissertasiya işi girişdən, üç fəsildən, nəticələr və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. I fəsildə nanomaterialların xüsusiyyətləri, istifadə imkanları, tətbiq sahələri haqqında geniş məlumat verilmişdir. II fəsildə isə nanokompozit materialların xasssələri və alınma üsulları şərh edilmişdir. Müxtəlif alınma üsulları tədqiq olunmuş ən əlverişli alınma üsullarının izahı verilmişdir. Tədqiqat işində tədqiq edəcəyimiz CdS/PVS və CuS/PVS nümunələrinin alınma metodu geniş şərh edilmişdir. III fəsildə isə CdS/PVS və CuS/PVS nümunələrinin dielektrik xassələri öyrənilmişdir.
İşin nəticəsi olaraq, laylı ion hemosorbsiyası və reaksiyası üsulu ilə polimer matris əsasında alınmış müxtəlif dövrlü CdS və CuS kompozit materiallarının dielektrik nüfuzluqları hesablanmışdır. Kompozit materialların измеритель имметанса-E7 20 cihazi vasitəsilə dielektrik nüfuzluğunun tezlik və temperatur asılılıqları təyin edilmiş və məlum olmuşdur ki, tezlikdən asılı olaraq dielektrik nüfuzluğu azalır, temperaturdan asılı olaraq isə artır. Həmçinin CdS və CuS yarımkeçirici nanohissəciklərin polimer matrisada konsentrasiyası artdıqca dielektrik nüfuzluğu da artır. Nümunələr üçün müəyyən tezliklərdə aktivləşmə enerjiləri hesablanmış və 5 dövrlü CuS nümunəsi üçün tezliyin 10 kHs qiymətində aktivləşmə enerjisi 0,13 eV, 50 kHs qiymətində 0,14 eV , 200kHs qiymətində isə 0,08 eV olmuşdur Həmçinin 10 dövrlü CdS nümunəsi üçün də tezliyin 500 Hs qiymətində aktivləşmə enerjisi 0,12 eV, tezliyin 20 kHs qiymətində isə 0,17 eV olmuşdur. aktivləşmə enerjisinin tezlikdən asılı olaraq azalması müşahidə edilmişdir.
“ CdS/PVS və CuS/PVS polimer matris əsasında nanokompozitlərin dielektrik spektroskopiyası “ mövzusunda dissertasiya işi BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasında yerinə yetirilmişdir.
Elmi rəhbər: ф.р.е.н., M.B.MURADOV
Rəy verən: ф.р.е.n., N.Q.DƏRVİŞOV
Dissertasiyanın müdafiəsi _____iyun 2011-ci ildə saat______da BDU-nun ______№-li auditoriyasında keçiriləcək.
Ünvan: Az1148, Bakı, Z.Xəlilov küçəsi - 23
Bakı Dövlət Universiteti, əsas bina
İxtisaslaşdırılmış Şuranın elmi katibi:_______________ f.r.e.n. K.İ.ALIŞOVA
Dostları ilə paylaş: |