Азярбайжан Кянд Бялядиййяляри Ассосийасынын фяалиййятинин гиймятляндирилмясиня даир Мониторинг Щесабаты



Yüklə 290,07 Kb.
səhifə2/3
tarix22.10.2017
ölçüsü290,07 Kb.
#10420
növüXülasə
1   2   3

Rusiyada bələdiyyə birliyi olan Ümumrusiya Bələdiyyə Qurumları Konqresi13 (ÜBQK) MDB ölkələri arasında ən fəal qurumlardan hesab olunur. Konqres mütəmadi olaraq üzvlərini əyani vəsaitlərlə təmin edir, müxtəlif istiqamətli dövrü nəşrlər buraxır. Konqres «Rusiya Bələdiyyələri» adlı aylıq jurnal nəşr edir. ÜBQK-nın rəsmi orqanı olan bu jurnalda Konqresin rəhbər orqanlarının və dövlət strukturlarının Rusiyada yerli özünüidarənin tənzimlənməsi və inkişafı ilə bağlı mövqeləri əksini tapır. Həmin jurnalda «dövlət və bələdiyyə», «bələdiyyələrin gündəlik həyatının xronikası», «xarici təcrübə», «bələdiyyə naviqatoru», «bələdiyyənin kitab rəfi» və s. kimi fərqli rubrikalar mövcuddur.

Bundan başqa Konqres tərəfindən 2007-ci ildən bəri “Vestnik” adlı illik jurnal nəşr edilir. Təxminən 250 səhifəyə yaxın olan bu jurnalda Konqresin illik fəaliyyəti, o cümlədən ölkədə bələdiyyələr arasında əməkdaşlığın inkişaf tendensiyası barədə məlumatlar əksini tapır. Konqres ekspertləri ali məktəblərdə tədris vəsaiti kimi istifadə olunmaq üçün yerli özünüidarəyə dair dərslik də nəşr edir. Məsələn, «Bələdiyyə idarəetməsi» adlı sonuncu nəşr təxminən ilyarım öncə hazırlanıb və Sankt-Peterburqdakı Dövlət Qulluğu Akademiyasında kitabın təqdimatı keçirilib.



Finlandiyada Yerli və Regional Hakimiyyətlər Assosiasiyasının fəaliyyəti əsasən üç istiqamət üzrə fokuslaşıb: əsas ictimai xidmətlərin keyfiyyətli çatdırılması, yerli demokratiyanın inkişafı və dayanıqlı inkişaf. Qurum müntəzəm araşdırmalar aparmaqla yerli özünüidarə ilə bağlı dəyişiklikləri proqnozlaşdırır və zəruri analitik materiallar hazırlayır14.

Qırğızıstan şəhərləri Assosiasiyasının xətti ilə yerli özünüidarənin inkişafı ilə bağlı beynəlxalq təcrübələr, bələdiyyə qanunvericiliyinin şərhi, bələdiyyə idarəçiliyi sahəsində bir sıra ədəbiyyatlar dərc edilib. Məsələn, 2001-ci ildən bəri Assosiasiyanın xətti ilə 9 kitab nəşr edilib15.

Polşada Yerli Demokratiyaya Dəstək Fondu16 1989-cu ildə yaradılıb və Polşada yerli idarəetmənin inkişafına dəstək göstərən ən böyük qeyri-hökumət təşkilatıdır. Fondun nəzdində fəaliyyət göstərən Yerli Hakimiyyət Çap Evi tərəfindən indiyədək yerli hakimiyyət qanunvericiliyinə və idarəçiliyinə həsr olunuş 200-dən çox nəşr buraxılıb. Nəşrlər yerli hakimiyyət qanunvericiliyi, yerli maliyyə və idarəetmə, strateji planlaşdırma və iqtisadi inkişaf, yerli hakimiyyətlərin siyasətləri, vətəndaş aktivliyinin stimullaşdırılması və s. kimi məsələləri əhatə edir.

Norveçdə17 bələdiyyələri, regionları və bələdiyyə müəssisələrini özündə birləşdirən Yerli və Regional Hakimiyyətlər Assosiasiyası üzvlərini informasiya, hüquqi və statistik materiallarla təmin edir.

Göründüyü kimi beynəlxalq təcrübədə bələdiyyə birlikləri tərəfindən üzvlərin zəruri əyani vəsaitlərlə təmin edilməsi praktikası geniş yayılıb. Ancaq təcrübədə bələdiyyə birliklərinin xidmətləri əyani vəsaitlərlə yekunlaşmır. Bu xidmətlərə birbaşa təlimlər və xüsusilə də son illər geniş yayılmış virtual xidmətləri əlavə etmək olar.


Bu alternativin əsas mahiyyəti ondan ibarətdir ki, Bələdiyyə Assosiasiyaları (kənd, qəsəbə, şəhər) üzv-bələdiyyələri dövrü olaraq zəruri əyani vəsaitlərlə (dövrü nəşrlər, kitablar, bələdçi və s.) təmin etməklə onların effektiv fəaliyyəti üçün xidmət göstərir.
Bələdiyyə Assosiasiyaları nizamnamədən irəli gələn öhdəlikləri yerinə yetirmək, habelə üzvlərin zəruri statistik, analitik, qanunvericilik və s. məlumatlara əlçatanlığını artırmaq üçün aşağıdakı əyani vəsaitlərlə təmin edə bilər:

  • Dövrü nəşrlərin çapı. Assosiasiyalar tərəfindən dərc edilən nəşrlər dövriliyinə görə aylıq, rüblük və illik buraxıla bilər. Bu nəşrlər jurnal və qəzet formatında ola bilər. Jurnalda (qəzetdə) yerli özünüidarənin ayrı-ayrı problemləri, ən yaxşı təcrübələr, Assosiasiyanın fəaliyyəti, üzv bələdiyyələr haqqında məlumatlar, dövlət qurumları ilə əməkdaşlıq məsələləri və s. barədə materiallar əksini tapa bilər.

  • İllik (rüblük) hesabatların dərci. Hesabatlarda Assosiasiyaların il (rüb) ərzində maliyyə hesabatları, fəaliyyət məlumatları, həyata keçirdiyi layihələr və onların nəticələri, hesabat dövründə əldə olunan naliyyətlər və s. əksini tapmalıdır.

  • Bələdiyyələr üçün bələdçilərin nəşri. Bura bələdiyyə idarəçiliyinin müxtəlif pillələrinə həsr olunmuş maarifləndirici materiallar, o cümlədən bələdiyyə üzvləri (bələdiyyə sədrləri, komissiya sədrləri və s.) və qulluqçuları (mühasiblər, iqtisadçılar, hüquqşunaslar və s.) üçün bələdçi-nəşrlər daxildir.

  • Yerli özünüidarəyə dair müxtəlif ədəbiyyatların nəşri. Yerli özünüidarənin nəzəri əsaslarına, yerli özünüidarə sahəsində beynəlxalq təcrübə və s. həsr olunmuş bu kitablar bələdçi, dərslik, dərs vəsaiti təyinatlı ola bilər. Bu kitabların hazırlanmasına müvafiq dövlət qurumlarının mütəxəssisləri, bələdiyyə üzrə tədqiqatçılar, alimlər, vətəndaş cəmiyyətinin ekspertləri cəlb edilə bilər.

  • Analitik bülletenlər buraxılması. Bu bülletenlər həftəlik və aylıq buraxıla bilər. Bülletenlərdə bələdiyyə qanunvericiliyi ilə bağlı şərhlər, mühasiblər üçün vergi qanunvericiliyə edilmiş dəyişikliklər, hüquqşünaslar üçün hüquqi aktlar barədə şərhlər əksini tapa bilər. Bülletendə habelə statistik məlumatlar, ekspert rəyləri, dövrü mətbuatda bələdiyyə problemlərinə həsr olunmuş məqalələr, dövlət orqanlarının açıqlamaları, beynəlxalq təcrübə və s əksini tapa bilər.

  • Tövsiyələr. Assosiasiyalar tərəfindən üzv-bələdiyyələr üçün yerli özünüidarənin müxtəlif həlqələri üzrə sınaqdan çıxmış ən yaxşı və uğurlu təcrübələrin yayılması istiqamətində bukletlər, kitabçalar, təlimatlar hazırlanaraq göndərilə bilər.

Bu nəşrlər pulsuz və ya pullu (abunə şəklində) buraxıla bilər. Nəşrlərin satışından əldə olunan gəlirlərin Assosiasiyaların maliyyə imkanlarının artması üçün mənbə ola bilər.


Bu alternativin bəzi üstünlüyü və çatışmazlığı mövcuddur.
Alternativin üstünlüyü:


  • Bələdiyyələrin zəruri məlumatlarla təmin olunması baxımından faydalıdır

  • Maliyyə imkanlarından asılı olaraq Azərbaycanda fəaliyyət göstərən bütün bələdiyyələr üçün çap məhsulları əlçatandır

  • Müstəqil ekspertlərin, bələdiyyə üzrə ixtisas alan tələbələrin bu nəşrləri əldə etmək imkan mövcuddur.



Alternativin çatışmazlığı:


  • Vəsaitlərin çapı, o cümlədən bələdiyyələrə, xüsusən də ucqar rayonlarda yerləşən bələdiyyələrə çatdırılması müəyyən xərclər tələb edir.

  • Vəsaitlərin bələdiyyələrə, xüsusən də ucqar rayonlarda yerləşən bələdiyyələrə çatdırılması uzun zaman tələb edir.

  • Qanunvericilikdə baş verən dəyişikliklərin çap şəklində operativ olaraq bələdiyyələrə çatdırılması qeyri-mümkündür.



Alternativ 2: Bələdiyyə üzvlərinə və qulluqçularına təlim və tədris vasitəsilə Assosiasiyalar tərəfindən xidmətlərin göstərilməsi
Bələdiyyə üzvlərinin bilik və bacarıqlarının artırılması, o cümlədən yerli özünüidarə sistemində kadrlarının peşəkarlığının artırılması məqsədilə birbaşa təlimlərin keçirilməsi və ya tədris kurslarının təşkili geniş yayılmış üsullardandır. Bu tip təlimlər xüsusi hazırlanmış proqramlar əsasında mütəxəssislər, ekspertlər, alimlər və təcrübəli şəxslər tərəfindən keçirilir.

Azərbaycanda yerli özünüidarə kadrlarının potensialının artırılması üçün müəyyən addımlar atılır. Hər il Azərbaycan Respublikasi Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzi kimi təsisatlar bələdiyyə kadrları üçün qısamüddətli kurslar təşkil edirlər. Lakin bütün bunlar bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi üçün kifayət etmir.

Bələdiyyə Assosiasiyalarının 3 illik fəaliyyətində bələdiyyə qurumlarının əməkdaşları üçün hət hansı təlimin keçirilməsi müşahidə edilməyib. Assosiasiyaların bələdiyyələrlə əməkdaşlığının formatını əsasən əhalinin iştirakı ilə “Yerli Demokratiya həftəsi” çərçivəsində keçirilən görüşlər təşkil edir. Halbuki bələdiyyə kadrlarının peşəkarlığının artırılması, yaxşı təcürbələrin öyrənilməsi baxımdan təlimlərin təşkili zəruridir. Bu işdə Bələdiyyə Assosiasiyaları müvafiq xidmət göstərə bilərlər.

Beynəlxalq təcrübədə bələdiyyə birlikləri tərəfindən bələdiyyə üzvləri və qulluqçuları üçün təlimlərin, seminarların keçirilməsi, kadrların ixtisaslarının artırılması üçün tədris ocaqlarının yaradılması praktikası geniş yaradılıb.



Ümumrusiya Bələdiyyə Qurumları Konqresinin fəaliyyət istiqamətlərindən biri də bələdiyyə kadrlarının hazırlanmasıdır. Konqresin 2006-cı ildə Xalq Təsərrüfatı İnstitutu ilə bağladığı sazişə əsasən, hər iki qurum bələdiyyə kadrlarının hazırlığı və yenidən hazırlığı sisteminin yaradılması prosesində birgə əməkdaşlıq edirlər.18 Konqresin təşəbbüsü ilə müxtəlif müsabiqələr keçirilir. Məsələn, yerli özünüidarə orqanlarının cəmiyyətə açıqlığını artırmaq məqsədilə Rusiya Federasiyasının İctimai palatası və Federasiya Şurasının Büdcə Komitəsi ilə birgə “Böhran dövründə yerli büdcələrin açıqlığı” mövzusunda müsabiqələr təşkil edir. Bundan başqa 4 ildir ki, Konqresin təşəbbüsü ilə bələdiyyə qurumları arasında “Rusiyanın ən yaxşı bələdiyyə şurası” nominasiyası üzrə müsabiqə keçirir.

Qırğızıstan şəhərləri Assosiasiyası19 büdcə proseslərinin şəffaflığın artırılması məqsədilə müxtəlif əyalətlərin maliyyəçiləri üçün seminarlar təşkil edir. Bundan başqa bələdiyyə mülkiyyəti obyektlərinin qeydiyyatı və uçotuna, o cümlədən bələdiyyə obyektləri və torpaqlarının effektiv idarə edilməsi məsələlərinə həsr olunmuş praktiki seminarlar keçirir. Məsələn, ötən il Assosiasiya yeni Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar Yerli özünüidarə məsələləri üzrə Milli Agentliklə birgə respublikanın bütün bölgələrində seminarlar təşkil edib.

Çexiyada20 Şəhər və Yaşayış Məntəqələri İttifaqının iştirakı ilə yaradılmış Yerli Administrasiyaya Yardım Fondunun 12 regional mərkəzi mövcuddur. Bu mərkəzlər vasitəsilə vasitəsilə yerli hakimiyyətlərə məsləhət və təlim xidmətləri göstərilir.

Türkiyədə fəaliyyət göstərən Mərmərə Bələdiyyələr Birliyi21 bələdiyyə rəhbərlərinin və işçilərinin peşəkarlığının artırılması məqsədilə fəaliyyətlərini 2 istiqamətdə qururlar. Birinci istiqaməti bələdiyyələrin müraciəti əsasında ildə bir neçə dəfə keçirilən tədris seminarları təşkil edir. İkinci istiqaməti 2005-ci ildə yaradılmış Yerli İdarəçilik Akademiyası təşkil edir. Akademiyada bələdiyyə rəhbərləri – merlər və onların müavinləri, bələdiyyə şurasının üzvləri, bələdiyyə qulluqçuları yüksək səviyyədə təhsil almaq imkanına malikdir. Tədris universitet müəllimləri, yerli özünüidarə sahəsində mütəxəssislər və tədqiqatçılar tərəfindən aparılır. Bundan başqa Birlik beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə mütəmadi olaraq bələdiyyə üzvləri arasında qarşılıqlı əməkdaşlığın inkişafı və yaxşı təcrübələrin öyrənilməsi üçün beynəlxalq proqramlar təşkil edir.

Azərbaycanda yerli özünüidarə kadrlarının hazırlanması Azərbaycan Respublikasi Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Qafqaz Universiteti, Azərbaycan Beynəlxalq Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetində həyata keçirilir. Lakin bu ixtisaslar üzrə hazırlıq keçən tələbələr ümumi idarəetmə məsələləri üzrə biliklər qazanmaqla kifayətlənirlər22.

Beynəlxalq təcrübədə olduğu kimi Bələdiyyə Assosiasiyalarının bu işdə təşəbbüslərinin artırılması yerli özünüidarə sisteminin kadr potensialının artırılması istiqamətində faydalı töhfə verə bilər. Assosiasiyalarının nizamnamələrində qeyd edilir ki, şəhərlərin, qəsəbələrin, kəndlərin iqtisadi, sosial və ekoloji problemlərinin həllinə xidmət edən konfranslar, dəyirmi masalar, treninqlər, seminarlar, kurslar vı başqa tədbirlər təşkil edə bilər.

Sənədin hazırlanması çərçivəsində Azərbaycanın müxtəlif regionlarının əhatə edən 50 yerli özünüidarə qurumları arasında aparılmış sorğuların nəticəsi göstərir ki, bələdiyyələrin 26%-i Assosiasiya tərəfindən onlara təlim və seminarların keçirilməsinə üstünlük veriblər. Rəyi soruşulanların 30%-i isə əyani vəsaitlə təminatla yanaşı canlı təlimlərə üstünlük verib. (ƏLAVƏ 1)


Alternativin mahiyyəti ondan ibarətdir ki, Assosiasiyalar bələdiyyə üzvləri və qulluqçuları üçün təlimlər, seminarlar, tədris kursları təşkil etməklə onların yerli özünüidarə sahəsində bilik və bacarıqlarının artırılmasına yardım edir.
Assosiasiyalar bununla bağlı işini bir neçə istiqamətdə qura bilər:
Təlim-resurs mərkəzlərinin yaradılması. Birinci mərhələdə təlim-resurs mərkəzi Assosiasiyaların mərkəzi ofisində yaradılır. Bələdiyyə üzvləri və qulluqçuları üçün maliyyə, vergi, büdcə, hüquq, idarəetmə və s. mövzularında təlimlər keçirilir. Təlimlərə tədris məqsədilə bələdiyyə üzrə mütəxəssislər, tədqiqatçılar, alimlər, müvafiq dövlət qurumlarının nümayəndələri və hətta xarici ekspertlər cəlb edilir. Mərkəzlərdə eyni zamanda seminarlar, dəyirmi masalar, ictimai dinləmələr, forumlar, mətbuat konfransları və s. keçirilə bilər. Növbəti mərhələdə Assosiasiyaların regional təlim-resurs mərkəzləri yaradılır. Azərbaycanda iqtisadi rayonların sayına uyğun olaraq 11 regional təlim-resurs mərkəzi yarada bilər.

Təlim-resurs mərkəzləri yerli özünüidarə sahəsində zəruri yerli və xarici ədəbiyyatlarla, dövrü nəşrlərlə, qanunvericilik aktları ilə, o cümlədən internet resursları ilə təmin edilir.



İxtisasartırma kurslarının təşkili. Assosiasiyalar müvafiq dövlət qurumları ilə birgə ali məktəblərin nəzdində ixtisasartırma kursları açır. Bu kurslar bələdiyyə üzvləri və qulluqçuları üçün keçirilir. Xüsusilə də bələdiyyə sədrləri, sədr müavinləri, komissiya sədrləri bələdiyyə idarəçiliyi sahəsində biliklər, o cümlədən xarici təcrübə tədris edilir. Bu kurslar gələcəkdə internet vasitəsilə virtual şəkildə aparıla bilər.

Təcrübə mübadiləsi səfərlərinin təşkili. Assosiasiyalar uğurlu beynəlxalq təcrübələrin Azərbaycanda yayılmasını təmin etmək üçün bələdiyyə üzvləri və qulluqçularının xarici ölkələrdə təcrübə keçməyə göndərə bilərlər. Xarici ölkələrdə, xüsusən də keçmiş SSRİ ölkələrində geniş yayılmış bu metod bələdiyyə təmsilçilərinin peşəkarlığının artırılması üçün faydalıdır. Belə səfərlər qarşılıqlı olur. Eyni zamanda başqa ölkələrin bələdiyyə təmsilçiləri Azərbaycanda təcrübə keçməyə gəlir.
Bu alternativin bəzi üstünlüyü və çatışmazlığı mövcuddur.
Alternativin üslünlükləri:


  • Bələdiyyə üzvlərinin və təmsilçilərinin bilik və bacarıqlarının artırılmasına imkan verir.

  • İdarəetmə bacarıqlarının nəzəri yox, praktiki olaraq mənimsənilməsinə imkan verir.

  • Uğurlu beynəlxalq təcrübələrin yayılmasını təmin edir.

  • Bələdiyyələr arasında təcrübə mübadiləsinin aparılmasına şərait yaradır


Alternativin çatışmazlıqları:


  • Təlim-resurs mərkəzlərinin yaradılması böyük xərc tələb etdiyində Assosiasiyanın maliyyə imkanına uyğun olmaya bilər.

  • Ucqar ərazilərdə yerləşən bələdiyyə təmsilçiləri üçün məsafənin uzaqlığı onların təlim mərkəzlərinə gəlib-getməsinə çətinlik yarada bilər


Alternativ 3: Bələdiyyə qurumlarına Assosiasiyalar tərəfindən elektron xidmətlərin göstərilməsi
İnternet texnologiyalarının inkişaf etdiyi bir dövrdə elektron xidmətləri əhatə dairəsi getdikcə genişlənir. Artıq dünyada elektron nəşrlər və virtual təlimlər yavaş-yavaş klassik nəşrləri və təlimləri sıxışdırıb çıxarır. İnternet xidmətlərdən yararlanan istifadəçilərin sayı isə durmadan artır.

Beynəlxalq təcrübəyə diqqət etdikdə bələdiyyə birliklərinin virtual internet xidmətlərdən geniş istifadə etməsinin şahidi olarıq.



Ümumrusiya Bələdiyyə Konqresi23 «Bələdiyyənin informasiya bülleteni» adlı həftəlik elektron nəşr hazırlayır və saytda yerləşdirir. Bülletenlərdə yerli özünüidarənin bir çox problemləri, o cümlədən hökumətin yerli özünüidarə sahəsində atdığı addımlar, regionlarda bələdiyyə birliklərinin və yerli özünüidarə qurumlarının fəaliyyəti barədə informasiyalar, ən yaxşı ictimai təşəbbüslərə dair məlumatlar və s. əks olunur. Konqres artıq 2 ildir «Bələdiyyə xəbərləri» adlı illik elektron məcmuə də hazırlayır. Məcmuənin 2008-ci ildə hazırlanan birinci sayı bələdiyyə birliklərinin fəaliyyəti sahəsində dünya və Rusiya təcrübəsinə, ötən ilki sonuncu sayı isə Rusiyada 2004-cü ildən başlanmış yerli özünüidarə sahəsində islahatların gedişinin təhlilinə həsr olunub. Ümumrusiya Konqresinin saytında bələdiyyələr üçün daha iki maraqlı elektron xidmət «link»i fəaliyyət göstərir. Onlardan birincisi «Qanunvericiliyin icmalı» adlanır və orada bütün normativ aktların xülasəsi təqdim olunur. Digər «link» isə «Bələdiyyə informasiyalarının Milli Agentliyi» adlanır. Bu linkdə böhran şəraitində müxtəlif bələdiyyələrin ərazisində baş verən sosial-iqtisadi şərait ətraflı təhlil olunur, zəruri informasiyalar təqdim edilir. Milli Agentlik ötən il ərzində 5 elektron informasiya bülleteni hazırlayaraq saytda yerləşdirib.

Estoniyada bələdiyyə assosasiyaları dövlət hakimiyyət orqanları ilə birgə məsləhətləşmələr əsasında müntəzəm olaraq yerli özünüidarə sahəsində qanunvericilk bazasının qiymətləndirilməsini həyata keçirir, onların nümayəndələri hökumətin müxtəlif işçi qruplarında təmsil olunur. Yerli özünüidarəetmə assosiasiyalarının elektron formada yaradılmış qanunvericilik aktlarının hazırlanması sisteminə (e-Qanun) aktiv istifadəçi qismində birbaşa çıxış imkanı var. Bələdiyyə birlikiləri öz üzvlərini müxtəlif qrant proqramlarının icrasına cəlb edir24.

Qırğızıstan şəhərləri Assosiasiyası25 bələdiyyə mülkiyyətinin və mənzil-kommunal təsərrüfatının səmərəli idarə olunması məsələləri üzrə yerli normativ hüquqi aktların hazırlanmasında şəhərlərə kömək edir və onlara məsləhət xidməti göstərir. Qurum «Bələdiyyə xəbərləri» adlı elektron jurnal nəşr edir və onu tam həcmdə öz saytında yerləşdirir. Saytda bütün bələdiyyələrlə onlayn əlaqə saxlamaq üçün «on-line konfrans» adı ilə ayrıca link yaradılıb. Bələdiyyələrin Assosiasiya ilə elektron əlaqəsini təmin etmək üçün hər bir quruma kod təqdim olunub. Bələdiyyə onu maraqlandıran hər hansı suala operativ cavab almaq üçün «on-line konfrans» düyməsini basır və ekranda bələdiyyənin adını, elektron ünvanını, telefonunu, sual ünvanlayan şəxsin ad və soyadını, həmin bələdyyə üçün təqdim olunan xüsusi kodu tələb edən lövhə açılır. Bu məlumatlar daxil edildikdən sonra sualı daxil etmək imkanı yaranır. Assosiasiya ekspertləri qısa zaman ərzində bütün sulları cavablandırır.
Alternativin mahiyyəti ondadır ki, Bələdiyyə Assosisasiyaları yerli özünü idarə qurumlarının effektiv fəaliyyətləri üçün virtual xidmətlər göstərir. Assosiasiyalar rəsmi internet saytlarına bələdiyyələri maraqlandıran, onların bilik və bacarıqlarının artırılması üçün faydalı ola biləcək materiallar yerləşdirir, virtual təlimlər keçir və s.
Bələdiyyə Assosiasiyalarıın elektron xidmətləri aşağıdakı istiqamətləri əhatə edə bilər:


  • Virtual məlumat bazasının yaradılması. Hər üç Assosiasiyanın rəsmi internet saytı yaradılır və orada bələdiyyələr üçün zəruri məlumatlar yerləşdirilir. Sayta Assosiasiyanın fəaliyyəti haqqında məlumatlarla yanaşı bələdiyyə sahəsində yerli və xarici ədəbiyyatlar, bələdiyyə qanunvericiliyi, tədqiqatlar və s. faydalı məlumatlar daxil edilir.

  • İnternet nəşrlərin buraxılması. Assosiasiyalar aylıq, rüblük və illik elektron jurnal təsis edir və saytda yerləşdirir. Jurnalda Assosiasiyanın aylıq (rüblük, illik) fəaliyyəti, qabaqcıl təcrübələr, qanunvericiliyin şərhi, beynəlxalq təcrübə, bələdiyyə orqanları üçün faydalı ola biləcək məqalə və tədqiqatlar nəşr edilir. Bundan başqa Assosiasiyalar həftəlik informasiya bülletenləri də buraxa bilər. Bülletendə ölkənin yerli özünüidarə sistemində baş verən dəyişikliklər, statistik məlumatlar, ictimai müzakirələr haqqında məlumatlar əksini tapır.

  • Virtual təlimlərin keçirilməsi. Assosiasiya üzv bələdiyyələrin təmsilçiləri üçün virtual seminar və təlimlər keçir. Bunun üçün təlimdə iştirak edən əməkdaşlar eyni vaxtda internet şəbəkəsinə daxil olur və veb kamera vasitəsilə birbaşa təlimlər keçirilir.

  • Virtual məsləhət xidmətlərinin göstərilməsi. Üzv bələdiyyə təmsilçiləri onları üzləşdikləri problemlərin həlli məqsədilə Assosiasiyaya müraciət edir və Assosiasiyanın mütəxəssisi internet vasitəsilə tələb olunan sahələr üzrə məsləhətlər verirlər.

Saytda müəyyən məlumatlara çıxış məhdudlaşdırıla bilər. Bunun üçün üzv bələdiyyələrin hər birinə unikal xüsusi kodlar verilir. Bu kod vasitəsilə ancaq bələdiyyə təmsilçiləri məlumatlardan yaralana bilər.

Assosiasiyaların daxili nizamnaməsinə uyğun olaraq bəzi nəşrlər, o cümlədən jurnal və informasiya bülletenləri pullu ola bilər.
Bu alternativin bəzi üstünlüyü və çatışmazlığı mövcuddur.
Alternativin üslünlükləri:


  • Məlumatların yerləşdirilməsi və elektron nəşrlərin buraxılması xərcləri cüzidir

  • Bələdiyyə, o cümlədən vergi qanunvericiliyə edilmiş dəyişikliklərin operativ yerləşdirilməsinə və bələdiyyələrə çatdırılmasına imkan verir



Alternativin çatışmazlıqları:


  • Azərbaycandan bələdiyyə qurumlarının əksəriyyətinin internetə çıxışının olmaması bu xidmətdən istifadəni mümkünsüz edir

  • Bələdiyyə qurumlarının əksəriyyətinin komputer avadanlığının olmaması virtual xidmətin əhəmiyyətini azaldır

Alternativlərin qiymətləndirilməsi
Sənəddə təklif olunan alternativlərin qiymətləndirilməsi və üstün alternativin seçilməsi üçün sənədin müəllifləri ekspertlərlə birgə hazırlayanlar xüsusi meyarlar işləyib hazırlayıb və həmin meyarlar əsasında qiymətləndirmə aparılıb.

Qiymətləndirmənin metodologiyası. Qiymətləndirmənin metodologiyasını meyarlar əsasında ekspert qiymətləndirməsi təşkil edir. Alternativlərin qiymətləndirilməsi zamanı bələdiyyə üzvləri və qulluqçularının bilik və bacarıqlarının, o cümlədən zəruri məlumatlara əlçatanlığının artırılmasına təsir edən meyarlar seçilib. Bu meyarların seçilməsində məqsəd Bələdiyyə Assosiasiyaları tərəfindən üzv-bələdiyyələr göstərilən informasiya və məsləhət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və bələdiyyələrin zəruri məlumatlarla təminat və bacarıqlarının artım səviyyəsini ölçməkdir. Ekspert qrupu hər üç alternativi meyarlar üzrə bal sistemi əsasında qiymətləndirib. Sonda ballar toplanaraq üstün alternativ müəyyənləşdirilib.

Alternativlərin qiymətləndirilməsi zamani aşağıdakı meyarlar əsas götürülüb:



  • Bələdiyyələrin Assosiasiyaların xidmətlərinə əlçatanlıq səviyyəsi;

  • Bələdiyyə orqanlarının məlumatlılığının artım səviyyəsi;

  • Bələdiyyə kadrlarının bilik və bacarıqlarının artım səviyyəsi;

  • Xidmətlərin çatdırılmasına sərf olunan resursların səmərəlilik səviyyəsi;

  • Bilik və məlumatların əldə olunmasının operativlik səviyyəsi



Meyarların izahı:

Bələdiyyələrin Assosiasiyaların xidmətlərinə əlçatanlıq səviyyəsi. Bələdiyyə qurumlarının Assosiasiyalar tərəfindən göstərilən xidmətlərdən istifadənin maddi, texniki baxımdan mümkünlük səviyyəsini göstərir.

Bələdiyyə orqanlarının məlumatlılığının artım səviyyəsi. Bələdiyyə qurumlarının Assosiasiyalar tərəfindən zəruri məlumatlarla təmin olunma səviyyəsini göstərir.

Bələdiyyə kadrlarının bilik və bacarıqlarının artım səviyyəsi. Assosiasiyalar tərəfindən təşkil edilən təlimlərin və bələdiyyə üzvləri və qulluqçularının peşəkarlığının artımına təsir etmə səviyyəsini göstərir.

Xidmətlərin çatdırılmasına sərf olunan resursların səmərəlilik səviyyəsi. Assosiasiyalar tərəfindən bələdiyyələrə xidmət göstərilməsi zamanı sərf olunan resursların həcmini göstərir.

Bilik və məlumatların əldə olunmasının operativlik səviyyəsi. Bələdiyyə orqanlarına lazım olam zəruri məlumatların və biliklərin çatdırılması sürətini göstərir.

Qiymətləndirmə ballarının izahı.

Alternativlərin nəticəsinin qiymətləndirilməsi zamanı 3 səviyyə - aşağı, orta və yüksək müəyyənləşdirilib və hər bir səviyyəyə şərti olaraq bal verilib. Aşağı səviyyə - 1, orta - 2, yüksək səviyyə isə 3 bal qiymətləndirilib. Qiymətləndirmə müqayisəli təhlillərə və hipotezaya əsaslanıb. Zəruri statistik məlumatlar əldə etmək mümkün olmadığından variantların həyata keçirilməsi zamanı baş verəjək dəyişikliklərin dəqiq sərhədlərini də müəyyənləşdirmək çətin olub. Bu baxımdan səviyyələrə verilən ballar alternativlərin müqayisəsinə və ekspertlərin hipotezinə əsaslanıb. (Cədvəl 1-4)


Alternativlərin meyarlar üzrə qiymətləndirilməsi 1-4-ci cədvəllərdə əksini tapıb:


Alternativlər variantların meyarlar üzrə qiymətləndirilməsi

Cədvəl 1.
Alternativ 1. Bələdiyyələrin zəruri əyani vəsaitlərlə təmin edilməsi yolu ilə Assosiasiyalar tərəfindən xidmətlərin göstərilməsi



Meyarlar

Qiymətlər


Bal

Aşağı

Orta

Yüksək

1

2

3




Bələdiyyələrin Assosiasiyaların xidmətlərinə əlçatanlıq səviyyəsi







3

3

Bələdiyyə orqanlarının məlumatlılığının artım səviyyəsi







3

3

Bələdiyyə kadrlarının bilik və bacarıqlarının artım səviyyəsi




2




2

Xidmətlərin çatdırılmasına sərf olunan resursların səmərəlilik səviyyəsi




2




2

Bilik və məlumatların əldə olunmasının operativlik səviyyəsi

1







1




Yekun bal

11


Cədvəl 2.

Alternativ 2. Bələdiyyə üzvlərinə və qulluqçularına təlim və tədris vasitəsilə Assosiasiyalar tərəfindən xidmətlərin göstərilməsi



Meyarlar

Qiymətlər


Bal

Aşağı

Orta

Yüksək

1

2

3




Bələdiyyələrin Assosiasiyaların xidmətlərinə əlçatanlıq səviyyəsi




2




2

Bələdiyyə orqanlarının məlumatlılığının artım səviyyəsi




2




2

Bələdiyyə kadrlarının bilik və bacarıqlarının artım səviyyəsi







3

3

Xidmətlərin çatdırılmasına sərf olunan resursların səmərəlilik səviyyəsi




2




2

Bilik və məlumatların əldə olunmasının operativlik səviyyəsi

1







1




Yekun bal

10


Cədvəl 3.

Alternativ 3. Bələdiyyə qurumlarına Assosiasiyalar tərəfindən elektron xidmətlərin göstərilməsi



Meyarlar

Qiymətlər


Bal

Aşağı

Orta

Yüksək

1

2

3




Bələdiyyələrin Assosiasiyaların xidmətlərinə əlçatanlıq səviyyəsi

1







1

Bələdiyyə orqanlarının məlumatlılığının artım səviyyəsi







3

3

Bələdiyyə kadrlarının bilik və bacarıqlarının artım səviyyəsi




2




2

Xidmətlərin çatdırılmasına sərf olunan resursların səmərəlilik səviyyəsi







3

3

Bilik və məlumatların əldə olunmasının operativlik səviyyəsi







3

3




Yekun bal

12

Hər bir alternativ ekspertlər tərəfindən tərtib edilmiş meyarlar üzrə qiymətləndirilib və nəticələr 4-cü cədvəldə ümumiləşdirib.


Cədvəl 4.

Meyarlar üzrə qiymətləndirmələrin yekunu



Meyarlar

Alternativlər

1-ci alternativ

2-ci alternativ

3-cü alternativ




  1. Bələdiyyələrin Assosiasiyaların xidmətlərinə əlçatanlıq səviyyəsi

3

2

1

  1. Bələdiyyə orqanlarının məlumatlılığının artım səviyyəsi

3

2

3

  1. Bələdiyyə kadrlarının bilik və bacarıqlarının artım səviyyəsi

2

3

2

  1. Xidmətlərin çatdırılmasına sərf olunan resursların səmərəlilik səviyyəsi

2

2

3

  1. Bilik və məlumatların əldə olunmasının operativlik səviyyəsi

1

1

3
















Cəmi

11

10

12

Alternativ variantlar hər bir meyar üzrə ayrı-ayrılıqda qiymətləndirilib və yekunda verilmiş ballar toplanıb. Ekspertlər tərəfindən aparılmış qiymətləndirmənin (Cədvəl 1-4) nəticəsi olaraq yekunda 3-cü alternativə – bələdiyyə qurumlarına Assosiasiyalar tərəfindən elektron xidmətlərin göstərilməsi üstünlük verilib. Alternativlərin topladığı balla bir-birindən az fərqlənsələr də 3-cü variant digər 2 variantla müqayisədə çox bal (12 bal) yığıb. Ekspertlər 1-ci alternativə 10, 2-ci alternativə isə 11 bal verib.


İndi isə alternativlərin çoxməqsədli təhlil əsasında təsirini qiymətləndirək. Bu təhlildə alternativin həyata keçirilmə məqsədləri və həmin məqsədlərə təsir edən amillərin imkanları qiymətləndirilib.

Cədvəl 5.
Azərbaycandan bələdiyyələrin gücləndirilməsi istiqamətində
alternativ siyasətlərin təsirinin proqnozlaşdırılması



Məqsədlər


Təsir kateqoriyası

Alternativlər

1-ci alternativ

2-ci alternativ

3-cü alternativ

1. Bələdiyyə orqanlarının zəruri məlumatlara təmin olunması

1.1. Bələdiyyə orqanlarının zəruri əyani vəsaitlərə əlçatanlığının artması

Baş verir

Baş verir

Baş vermir

1.2. Bələdiyyə orqanlarının zəruri virtual məlumatlara əlçatanlığının artması

Baş vermir

Cüzi baş verir

Baş verir

1.3. Məlumatları əldə etmək üçün tələb olunan maddi resursların həcmi

Az tələb olunur

Az tələb olunur

Çox az tələb olunur

1.3. Məlumatları əldə etmək üçün tələb olunan texniki resurslarının imkanı

Texniki resurs tələb olunmur

Texniki resurs tələb olunmur

Texniki resurs çatışmır







2. Bələdiyyə kadrlarının bilik və bacarıqlarının artırılması

2.1.Bələdiyyə üzvlərinin bilik və bacarıqlarının artımı

Zəif baş verir

Baş verir

Baş verir

2.2.Bələdiyyə qulluqçularının bilik və bacarıqlarının artımı

Zəif baş verir

Baş verir

Baş verir

2.3. Bələdiyyə kadrlarının xarici təcrübələri mənimsəməsi imkanları

Orta

Yüksək

Orta

2.4. Kadrların peşəkarlığının artırılması üçün tələb olunan resursların mövcud vəziyyəti

Texniki resurs tələb olunmur, ancaq maddi resurs tələb olunur

Texniki resurs tələb olunmur, ancaq maddi resurs tələb olunur

Texniki resurs tələb olunur, ancaq maddi resurs az tələb olunur



















3. Ən yaxşı təcrübələrin yayılması

3.1. Bələdiyyə qurumlarının ən yaxşı yerli təcrübələri əldə etmək imkanları

Artır

Artır

Çox artır

3.2. Bələdiyyə qurumlarının ən yaxşı xarici təcrübələri əldə etmək imkanları

Artır

Artır

Çox artır



















4. Assosiasiyalarla bələdiyyə qurumları arasında əməkdaşığın səviyyəsinin yüksəldilməsi


4.1. Bələdiyyələrin zəruri məlumatlarla təmin edilməsində Assosiasiyaların rolunun artması

Baş verir

Baş verir

Baş verir

4.2. Bələdiyyə kadrlarının peşəkarlığının artırılmasında Assosiasiyaların rolunun artımı

Baş verir

Baş verir

Baş verir

4.3. Assosiasiyaların öz vəzifə və öhdəliklərini yerinə yetirməsi səviyyəsi

Artır

Artır

Artır

Ekspert qiymətləndirilməsində olduğu kimi çoxməqsədli təhlildə də alternativlərin üstünlükləri demək olar ki, eyni olub. Buna baxmayaraq hər iki qiymətləndirmənin nəticəsi olaraq üstünlüyü az fərqlə də olsa 3-cü alternativ - Bələdiyyə qurumlarına Assosiasiyalar tərəfindən elektron xidmətlərin göstərilməsi variantı qazanıb. Bu alternativ bir sıra vacib meyarlar üzrə digər iki alternativi geridə qoyur. Bu, xidmətlərin operativ olaraq üzv-bələdiyyələrə çatdırılması və xidmətlərdən istifadənin az maddi resurs tələb etməsi meyarlarıdır. Göründüyü istənilən nəşrin (jurnalın, qəzetin, bülletenin, kitabın və s.) həm çapı müəyyən xərc aparır, həm də onların bələdiyyələ çatdırılması müəyyən zaman tələb edir. Ölkə qanunvericiliyə edilmiş müəyyən dəyişiklik, sorğu cavabları, məlumatlar, elanlar və s. özündə əks etdirən çap məhsullarının bələdiyyə qurumlarına operativ olaraq çatdırılması qeyri-mümkün olur. Elektron xidmətlərdə bu imkanlar yüksəkdir. Assosiasiyaların saytında qanunvericiliyə edilmiş dəyişikliklər, dövrü nəşrlər və bələdiyyələri maraqlandıran digər məlumatlar operativ olaraq yerləşdirilir. Bu məlumatların əldə edilməsi coxlu vəsait tələb etmir.

Ancaq bələdiyyələrin Assosiasiyaların xidmətlərinə əlçatanlıq səviyyəsi meyarı üzrə qiymətləndirmədə elektron xidmət ən aşağı bal toplayıb. Bu meyar ekspertlər tərəfindən müəyyən edilən 5 meyardan biri olsa da, alternativin reallaşması üçün ən əsas meyardır. Çünki yerli özünüidarə qurumlarının Assosiasiyaların xidmətlərindən istifadə etmək imkanlarının qeyri-mümkün olması bu xidmətlərə tələbatı minimuma endirir. Azərbaycanda bələdiyyə qurumlarının 90%-ə qədərinin komputer bazasının zəif olması və ya ümumiyyətlə olmaması, o cümlədən internetə çıxışının olmaması Assosiasiyalar tərəfindən elektron xidmətlərin göstərilməsi ideyasını bir müddət arxa plana keçirir və bu alternativin səmərəsini azaldır. Buna baxmayaraq bu alternativ reallaşdırılması imkanları var. Ən azı Assosiasiyaların rəsmi internet səhifələrinin yaradılması və onun məlumatlarla zənginləşdirilməsi vacibdir.

NƏTİCƏ VƏ TÖVSİYƏLƏR
Yerli özünüidarə orqanları maraqlarını hökumət qarşısında təmsil etmək, ölkədə yerli özünüidarənin güclənməsinə və inkişafına töhfə vermək beynəlxalq təcrübədə bələdiyyə birliklərinin əsas məqsədlərindəndir. Odur ki, belə birliklərin fəaliyyətinin dərindən araşdırılması və onların uğurlu təcrübələrinin mənimsənilməsi Azərbaycanda fəaliyyət göstərən 3 Bələdiyyə Assosiasiyasının prioritet vəzifəsi olmalıdır.

Sənədi hazırlayan müəlliflər hesab edirlər ki, bu gün Bələdiyyə Assosiasiyaları nizamnamə ilə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Aparılmış tədqiqatların, sorğuların, müsahibələrin nəticələri göstərir ki, Assosiasiyalar bu günə qədər işlərini səmərli qura bilməyiblər, fəaliyyətləri əsasən üzvlük haqlarının yığılmasından və bir sıra yığıncaqların təşkilindən ibarət olub.

Assosiasiyaların üzv bələdiyyələrə Nizamnamədən irəli gələn xid­mətləri göstərməsi prosesində aşağıdakı çatışmazlıqlar önə çəkilir:

- Assosiasiyaların strateji planı mövcud deyil.

- Assosiasiyaların internet resursları mövcud deyil.

- Assosiasiyaların dövri nəşrləri yoxdur.

- Assosiasiyalar yerli özünüidarə siyasətinin müəyyənləşdirilməsində iştirak etmirlər.

- Assosiasiyanın qanunvericiliyin təkmilləşdirilməsinə yönəlik təşəbbüsləri məhduddur.

- Assosiasiyaların beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsi məhduddur.

- Assosiasiyaların bələdiyyələrin kadr potensialının gücləndirilməsi istiqamətində təşəbbüsləri hiss olunmur.
Ekspert qiymətləndirlərinin nəticəsi olaraq qoyulan məqsədə çatmaq üçün elektron xidmətlərin tətbiqinə üstünlük versələr də, bələdiyyə qurumlarının 90%-ə qədərinin həm internetə çıxışının olmaması, həm də ümumiyyətlə kompüter bazasının olmaması bu alternativin reallaşması şansını azaldır.

Bu baxımdan sənədin müəllifləri Assosiasiyalar tərəfindən bələdiyyə qurumlarına göstərilən xidmətlərin səviyyəsini və keyfiyyətini artırmaq üçün alternativləri mərhələli şəkildə reallaşdırılmasını təklif edir.



Birinci mərhələdə üzv-bələdiyyələrin zəruri əyani vəsaitlərlə təmin edilməsi təşkil edir. Bu əyani vəsaitlərin tərkibini aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Dövrü nəşrlər. Bura Assosiasiyalar tərəfindən dərc edilən aylıq, rüblük və illik nəşrlər daxildir. Nəşrlər jurnal və qəzet formatında ola bilər.

  • Hesabatlar. Hesabatlarda Assosiasiyaların il (rüb) ərzində maliyyə hesabatları, fəaliyyət məlumatları, həyata keçirdiyi layihələr və onların nəticələri, hesabat dövründə əldə olunan naliyyətlər və s. əksini tapmalıdır.

  • Bələdiyyələr üçün bələdçilər. Bura bələdiyyə idarəçiliyinin müxtəlif pillələrinə həsr olunmuş maarifləndirici materiallar, o cümlədən bələdiyyə üzvləri və qulluqçuları üçün bələdçi-nəşrlər daxildir.

  • Yerli özünüidarəyə dair müxtəlif ədəbiyyatlar. Yerli özünüidarənin nəzəri əsaslarına, yerli özünüidarə sahəsində beynəlxalq təcrübə və s. həsr olunmuş bu kitablar bələdçi, dərslik, dərs vəsaiti təyinatlı ola bilər.

  • Analitik bülletenlər. Bu bülletenlər həftəlik və aylıq buraxıla bilər. Bülletenlərdə bələdiyyə qanunvericiliyi ilə bağlı şərhlər, mühasiblər üçün vergi qanunvericiliyə edilmiş dəyişikliklər, hüquqşünaslar üçün hüquqi aktlar barədə şərhlər əksini tapa bilər.

  • Tövsiyələr. Assosiasiyalar tərəfindən üzv-bələdiyyələr üçün yerli özünüidarənin müxtəlif həlqələri üzrə sınaqdan çıxmış ən yaxşı və uğurlu təcrübələrin yayılması istiqamətində bukletlər, kitabçalar, təlimatlar hazırlanaraq göndərilə bilər.


İkinci mərhələdə bələdiyyə üzvlərinin və qulluqçularının bilik və bacarıqlarının artırılması üçün Assosiasyalar tərəfindən təlim və tədris kursları təşkil edilir.

Assosiasiyalar bununla bağlı işini bir neçə istiqamətdə qura bilər:



Mərkəzi və regional təlim-resurs mərkəzləri yaradılır. Bələdiyyə üzvləri və qulluqçuları üçün maliyyə, vergi, büdcə, hüquq, idarəetmə və s. mövzularında təlimlər keçirilir. Mərkəzlərdə eyni zamanda seminarlar, dəyirmi masalar, ictimai dinləmələr, forumlar, mətbuat konfransları və s. keçirilə bilər.

İxtisasartırma kursları təşkil edilir. Assosiasiyalar müvafiq dövlət qurumları ilə birgə ali məktəblərin nəzdində bələdiyyə üzvləri və qulluqçuları üçün ixtisasartırma kursları açır.

Təcrübə mübadiləsi səfərləri təşkil edilir. Assosiasiyalar uğurlu beynəlxalq təcrübələrin Azərbaycanda yayılmasını təmin etmək üçün bələdiyyə üzvləri və qulluqçularının xarici ölkələrdə təcrübə keçməyə göndərə bilərlər.
Üçüncü mərhələdə bələdiyyə qurumlarının internetə çıxış imkanları təmin edilir və elektron xidmətlərin göstərilməsinə başlanır. Bələdiyyə Assosiasiyalarıın elektron xidmətləri aşağıdakı istiqamətləri əhatə edə bilər:

  • Virtual məlumat bazasının yaradılması. Hər üç Assosiasiyanın rəsmi internet saytı yaradılır və orada bələdiyyələr üçün zəruri məlumatlar yerləşdirilir. Sayta Assosiasiyanın fəaliyyəti haqqında məlumatlarla yanaşı bələdiyyə sahəsində yerli və xarici ədəbiyyatlar, bələdiyyə qanunvericiliyi, tədqiqatlar və s. faydalı məlumatlar daxil edilir.

  • İnternet nəşrlərin buraxılması. Assosiasiyalar aylıq, rüblük və illik elektron jurnal təsis edir və saytda yerləşdirir. Jurnalda Assosiasiyanın aylıq (rüblük, illik) fəaliyyəti, qabaqcıl təcrübələr, qanunvericiliyin şərhi, beynəlxalq təcrübə, bələdiyyə orqanları üçün faydalı ola biləcək məqalə və tədqiqatlar nəşr edilir. Virtual təlimlərin keçirilməsi. Assosiasiya üzv bələdiyyələrin təmsilçiləri üçün virtual seminar və təlimlər keçir. Bunun üçün təlimdə iştirak edən əməkdaşlar eyni vaxtda internet şəbəkəsinə daxil olur və veb kamera vasitəsilə birbaşa təlimlər keçirilir.

  • Virtual məsləhət xidmətlərinin göstərilməsi. Üzv bələdiyyə təmsilçiləri onları üzləşdikləri problemlərin həlli məqsədilə Assosiasiyaya müraciət edir və Assosiasiyanın mütəxəssisi internet vasitəsilə tələb olunan sahələr üzrə məsləhətlər verirlər.

Saytda müəyyən məlumatlara çıxış məhdudlaşdırıla bilər. Bunun üçün üzv bələdiyyələrin hər birinə unikal xüsusi kodlar verilir. Bu kod vasitəsilə ancaq bələdiyyə təmsilçiləri məlumatlardan yaralana bilər.



ƏLAVƏ 1
Sorğu

Yüklə 290,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin