Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə17/78
tarix05.01.2022
ölçüsü1,58 Mb.
#111920
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

“Azərbaycan ədəbi dili qılınc döyüşünü andıran qızğın mükalimələr, kəskin deyişmələr dilidir. Burada hər söz, hər replika iti xəncər zərbəsidir” (M.İbrahimov). M.İbrahi­movdan gətirilən bu sitatı İlyas Əfəndiyevin dramlarındakı dialoqlara da aid etmək olar. Dramaturqun üslubunda dialoq xüsusi yer tutur, personajların, əhvalatların təqdim olunmasında təsir vasitəsi kimi işlədilir. Həmin dialoqlar bəzi hallarda müəllifin özünün iştirakı ilə başlanır. Dialoqlar, adətən, müəllifin müdaxiləsi ilə olur, ancaq bəzən onlar bu müdaxilədən az və ya daha çox aralanır.


Məsələn, müəllifin müdaxiləsi ilə bağlı: Alxan dayı, Nəcəf, hesabdar Qulu, Sədəf, Xanmurad idarədən çıxırlar (Müəllif bu yolla müdaxilə edir – F.N.). Mədəd. Kimi? Odey, bax, o qoçağı! (Nəcəfi göstərir – müəllifin müdaxiləsi – F.N.). Bütün bağları viran eləyib. Özü də adını qoyub bağ briqadiri. Narıngül. Beş ildir havayı əməkgünü alır! Mədəd. Ona görə ki, girib sədrin qılığına! Narıngül. Ortada yeyib qıraqda gəzir, deyəndə də biz oluruq pis...

Müəllifin müdaxiləsi olmadan yaranan dialoqlar da dram əsərlərində əsas yer tutur: Alxan. Nə olub, ay Mədəd, nədi yenə ər-arvad kəndi götürmüsünüz başınıza? Mədəd. Nə olacaq müftə­xorları orada qoyub qəzetə bizi vururlar. Alxan. Bir ildə yüz əməkgünü alanda, əlbəttə, qəzetə vurarlar. İşləmirsiniz! Mədəd. Yoxsa ki, işlədiyimizi çox düzgün haqq-hesab eləyirlər! [53, c.2, s.247-248].



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin