Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə72/78
tarix05.01.2022
ölçüsü1,58 Mb.
#111920
1   ...   68   69   70   71   72   73   74   75   ...   78
Sədəf – Sən məni o qədərmi düşüb-itmiş bir adam hesab edirdin? Mən ürəyimi parçalayıb tullaram, ancaq bir də… [53, c.2, s.216];

Dilşad xanım – Sizdən incimişəm. Bizə gec-gec gəlirsiniz.

Cahangir – İş, güc… [53, c.2, s.246].

Situativ yarımçıq cümlələrlə həyəcanlı nitq təmin olunur, mühüm mətləblərə toxunulur: Sadıqov – Yoldaş Şahsuvarov, onu bilin ki, siz aktı yazmasanız da, mən bu işi lap bu saat hər yerə… [53, c.2, s.279];



Dilşad xanım – Demək, bir tərəfdən Xosrov Atayevin qızını almaq istəyir… O biri tərəfdən də… [53, c.2, s.283].

Monoloji nitqdə də sözə qənaət etmək, təkrara yol verməmək, nitqin təbiiliyini və aktuallığını təmin etmək məqsədilə yarımçıq cümlələrdən istifadə edilir. Belələri monoloq nitqinin yarımçıq cümlələri adlanır. Bu tip cümlələrin birincisində mübtəda iştirak edir, sonrakılarda (o şəxs əvəzliyi ilə ifadə olunan mübtəda) buraxılır, struktur yarımçıqlıq yaranır. Məs.: İldırım əmim kinli adam deyil. İndi yüksək vəzifə sahibidir. Nazir müavinidir [53, c.2, s.234].

İ.Əfəndiyevin dram əsərlərinin dilində yarımçıq cümlələr tabeli mürəkkəb cümlə strukturunda da özünü göstərir. T.Müzəffəroğlu yarımçıq cümlələrin bir tipini tabeli mürəkkəb cümlənin natamam formalarından biri hesab edir. Müəllif göstərir ki, tədqiqatların çoxunda cümlələrin yarımçıqlığı məsələsində daha çox əsas obyekt kimi sadə cümlə seçilmişdir. Mürəkkəb cümlə yarımçıqlığı isə diqqətdən kənarda qalmış, halbuki bu forma özünün zəngin struktur-semantik xüsusiyyətləri ilə dilimizdə geniş işləkliyə malikdir. Tabeli mürəkkəb cümlənin natamam formalarında özündən əvvəlki cümlələrdə xatırlatma və asanlıqla yerinə bərpa oluna bilmə təyinatı vardır. Lakin sadə cümlədən fərqli olaraq, burada cümlə üzvləri deyil, komponentlərindən biri – tabeli mürəkkəb cümlənin baş, yaxud budaq cümləsi buraxılır. Bunun səbəbi isə çox sadədir. Tabeli mürəkkəb cümlədə, adətən, budaq cümlə rema funksiyasında çıxış edir. Hər hansı cümlə üçün isə rema – yeni məlumat vermə əsasdır. Ona görə də əvvəlki cümlədə xatırlanan məlumatın təkrarına ehtiyac qalmadan yalnız yeni məlumat verilir. T.Müzəffəroğlu bu maraqlı fikrini davam etdirərək yazır ki, hər şeydən əvvəl, demək lazımdır ki, tabeli mürəkkəb cümlənin yarımçıq formaları, xüsusilə dialoji nitqdə özünü göstərir və situasiyadan, bütöv informasiyanın məzmunundan asılı olur [114, s.155-156].

Dialoq nitqi üçün yarımçıq cümlələr xarakterik quruluş kimi diqqəti cəlb edir. Replikalar suallarla inkişaf edir. Sual əvəzlikləri sual cümləsinin komponentlərindən biri kimi çıxış edir.

1.”Kimi” sualının cavabı olan yarımçıq cümlələr: Sürəyya. Kimi istəyirsiniz? – Cəfər. Sizi...[49, c2, s.38];

Barsuq (tələsik). Yoldaş Muradovu görməmisiniz ki?

Qulu. Kimi? Barsuq (tələsik gedə-gedə). Məşhur jurnalist Muradovu [49, c.2, s.143].

2.”Necə” sualının cavabı olan yarımçıq cümlələr: Sürəyya. Bəs o qəhrəman, əjdahanın öhdəsindən necə gələ bildi?



Cəfər. Çox asan... [49, c.2, s.39].

3.”Nə vaxt” sualının cavabı olan yarımçıq cümlələr: Nicat. Onda hazırlaşın, onunla görüşməliyik.



Leytenant. Nə vaxt? Nicat. Bu gün [49, c.2, s.108].

4.”Nə qədər” sualının cavabı olan yarımçıq cümlələr: Leytenant. Nə qədər adam götürməliyik?



Nicat. Yalnız ikimiz [49, c.2, s.109].

5.”Kim” sualının cavabı olan yarımçıq cümlələr: Nicat. Kim bağışlayıb? Qaragöz oğlan. Sevgilim, yoldaş komissar [49, c.2, s.109].

6. “Kimdir” sualının cavabı olan yarımçıq cümlələr: Kəmalə. Valeh kimdir?

Valeh. Bəndəniz [49, c.2, s.137].

7.”Hara” sualının cavabı olan yarımçıq cümlələr: Kəmalə. Hara gedirsiniz?

Valeh. Gölə [49, c.2, s.140].

8.”Niyə” sualının cavabı olan yarımçıq cüm­­lələr: Nərgiz – Bəs sən niyə rəqsdən tələsik çıxıb gəlmisən?



Canik – Səndən ötəri [55, s.183].

Tədqiqat göstərir ki, İ.Əfəndiyevin dramaturgiya dilində işlənmiş mürəkkəb cümlənin yarımçıq formaları iki cür meydana çıxır:

1) müsahibin danışığının davamı kimi, yəni danışıq dili faktı kimi;

2) hər hansı sualın cavabı kimi.

Bir sıra budaq cümlələr personaj nitqində yarımçıq formada müşahidə olunur.

Xəbər budaq cümləsi yarımçıq formada:




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin