M.F.Axundov tamaşaçı və oxucuların mənəviyyatına, arzu və ideyalarına fəal təsir göstərən yaradıcılıq növlərindən dram sənətinə yüksək qiymət verir və yazırdı: “Dram sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları istiqamətləndirməkdir” [17, s.238]. “Doğrudan da, dram sənəti insana öz-özünü dərk etməyi, eybəcərliyə nifrət etməyi öyrədir və ibrət məktəbi kimi ictimai rəğbət hissi oyadır” [19, s.17].