Əxlaqi şüur - müəyyən cəmiyyətdə insanların bir-birinə, əmək
kollektivinə, sinfə, dövlətə, millətə və bütövlükdə cəmiyyətlə münasibətdə əldə
etdikləri davranış normaları, hərəkətlər, vərdişlər, mənəvi ideya və hissələrin
xüsusi sistemi, mənəvi təcəssümüdür. Əxlaq cəmiyyətdə insanların
hərəkətlərini tənzim edən burgəyaşayış normaları və davranış qaydalarının
məcmusudur, mənşəcə ictimai şüurun qədim formalarından biridir.
Hüquq şüuru – cəmiyyətdə qəbul edilmiş rəsmi qanunlar və normaların
mahiyyəti və həyata keçirilməsi prosesində əldə edlimiş biliklərin, təsəvvür, vərdiş
və rəsmi normaların məcmusudur. Hüquq siyasətlə çox bağlıdır, siyasətin
meydana çıxması ilə əlaqədar yaranmış siyasi mənafelərin müəyyən normativ
aktlarla (rəsmiləşdirilməsi) reallaşdırılması məqsədinə xidmət etmişdir.
Dostları ilə paylaş: |